Məhkəmə qərarları › İş №2(042)-254/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-254/2024

26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-254/2024 26.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı 01 sentyabr 2003-cü il tarixdə Gədəbəy rayonunun, Zəhmətkənd kəndində ölmüş X4 onunla qohumluq münasibətində olması, yəni, X4 onun nənəsi olması hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, xx xxx 1970-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur.X1 1936-cı ildə doğulmuş, 21 sentyabr 2009-cu ildə ölmüşdür. Atasının anası X10 olmuşdur. Atasının doğum haqqında şəhadətnaməsi olmamışdır. Bu səbəbdən X5 onun nənəsi olmasını müəyyən etmək mümkün olmamışdır. X11 01 sentyabr 2003-cü il tarixdə ölmüşdür. O, hal-hazırda nənəsi X3 qalmış əmlakı ikinci növbə vərəsə olaraq qəbul etmək istəyir. Lakin mərhum atasının doğum haqqında şəhadətnaməsi olmaması səbəbindən X4 onun nənəsi olmasını müəyyən etmək mümkün olmamışdır. O, X4 onun nənəsi olması barədə Maraqlı şəxsnə müraciət etsə də, mərhum atasının doğum haqqında şəhadətnaməsi olmadığından ona imtina məktubu verilmişdir. Onun qohumluq münasibətində olması mərhum nənəsindən miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X1 və nənəsi X11 olmuşdur. Məhkəmə iclasında şahid X12 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X8 surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur.Onun ata qrafasında X9, ana qrafasında isə X6 qeyd edilmişdir. İşdə olan X7 surətindən görünür ki, X11 xx.xx.2003-cü ildə,X9 isə xx.xx.2009-cu ildə ölmüşlər. İşdə olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 31 saylı qərarı əsasında X9, X11 və X2 1.26 ha torpaq sahəsi verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə 01 sentyabr 2003-cü il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində ölmüş X4 ərizəçinin nənəsi olması faktı sübut edilmişdir.Həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir.Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi 01 sentyabr 2003-cü il tarixdə ölmüş X11 ilə qohumluq münasibətində olması, yəni, X4 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar