Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-259/2021 09.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum nənəsi X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 699.31 kv.m həyətyanı torpaq sahəsinə mirasın faktiki onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, onun mərhum X2 adına Gədəbəy şəhəri S.Vurğun küçəsində 0.70 ha həyətyanı torpaq sahəsi və 1975-ci il tarixdə inşa edilmiş 98.5 kv.m fərdi yaşayış evi olmuşdur. Həmin evi mərhum babası və nənəsi xx.xx.1997-ci il tarixdə Gədəbəy rayon Notorat kontoru tərəfindən onun adına vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamədə ancaq fərdi yaşayış evi qeyd edilmişdir. Babası vəfat etdikdən sonra həmin evdə o ailə üzvləri ilə birlikdə yaşamışlar. xx.xx.2002-ci il tarixdə mərhum nənəsi X8 tərəfindən notarial qaydada vəsiyyətnamə verilmişdir. Həmin torpaq sahəsinə dair Gədəbəy rayon AİK-nın xx.xx.2009-cu il tarixli 03 saylı qərarı əsasında mərhum nənəsi X4 adına 0.70 ha həyətyanı torpaq sahəsi verilmişdir. Nənəsi xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Nənəsi vəfat etdikdən sonra həmin torpaq sahəsini öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Gədəbəy rayon Notariat Kontoruna və eləcədə DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciətlər etmişdir. Lakin Notariat kontoru tərəfindən qanunla müəyyən edilmiş müddət ötrüldüyü üçün miras mülklə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Sözü gedən evin və 0.70 ha həyətyanı torpaq sahəsinin onun adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb DƏDRX-nin Şəmkirə Ərazi idarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də onun sənədlərini qəbul etməmişlər və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsini və eləcə də həmin evlə bağlı heç bir hüquqi sənədin olmadığını bildirmişlər. Mərhum nənəsindən qalmış miras mülk ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaitinə gəlmişdir. Ona görə də nənəsindən miras qalmış 0.70 ha torpaq sahəsini mirasın faktiki onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2206 saylı arayışdan göürünür ki, Ərizəçi şəhər İƏD üzrə nümayəndəliyin 29 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 12-ci səhifəsində qeyd edilmişdir. İşdə olan xx xxxxxx 2002-ci il tarixdə X8 tərəfindən verilmiş, Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X1 şəhəri S.Vurğun küçəsində yerləşən evini, ev əşyalarını və adına nə varsa hamısını nəvəsi Ərizəçi vəsiyyət etmiş. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş, xx.xx.2011-ci ildə Dövlət Kadastr kitabında 429 nömrə ilə uçota alınmış A № 274622 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında X5 Gədəbəy şəhəri ərazisində 699.31 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan İV-JQ seriyalı 444993 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1996-cı ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 486095 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi mərhum X4 nəvəsidir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə Gədəbəy şəhərində X4 adına 699.31 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. X8 isə xx.xx.2012-ci ildə ölmüşdür. Ölümündən sonra Gədəbəy şəhəri ərazisində 699.31 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi X3 qalmış miras kütləsinə daxil edilməlidir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, mərhum X8 tərəfindən oğlu Ərizəçi adına vəsiyyətnamə qoyulduğundan ondan qalmış miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, vəsiyyətnamə üzrə vərəsə ola biləcək Ərizəçi X7 ölümündən sonra, həm də onun ölümündən əvvəl ondan qalmış həyətyanı torpaq sahəsini faktiki istifadə etmişdir. Bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi müddəti üzürlü hesab edilərək uzadılmalıdır. Bununla da Ərizəçi X7 ölümündən sonra qalmış Gədəbəy şəhəri ərazisində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə X4 adına olan 699.31 kv.m həyətyanı torpaq sahəsindən ibarət mirası tam şəkildə vəsiyyət üzrə vərəsə olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X7 ölümündən sonra qalmış Gədəbəy şəhəri ərazisində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə X4 adına olan 699.31 kv.m həyətyanı torpaq sahəsindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X7 ölümündən sonra qalmış Gədəbəy şəhəri ərazisində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə X4 adına olan 699.31 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-259/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-259/2021
09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver