Məhkəmə qərarları › İş №2(042)-26/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-26/2022

26.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-26/2022 26.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh İsmayıl oğlunun iştirakları ilə İddiaçı Cavabdeh İsmayıl oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İsmayıl oğluna qarşı ona məxsus olan ******* nömrəli çıxarış əsasında verilmiş 0.12 ha torpaq sahəsindən Cavabdeh İsmayıl oğlunun çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Slavyanka kəndində ona məxsus fərdi yaşayış evinə atasının razılığı ilə cavabdehin yaşamasına icazə vermişlər. Lakin həmin vaxtdan sonra cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir O, dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh torpaq sahəsindən çıxmamışdır. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İsmayıl oğlu məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsini o almışdır. O, verilmiş mütəxəssis rəyi ilə razı deyil. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan 14.03.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus olan 0.12 ha torpaq sahəsinin Cavabdeh Rüstəm oğlunun faktiki istifadəsində olan 0.2361 ha torpaq sahəsinin 0.1159 ha hissəsi üst-üstə düşür. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsinə görə 312 manat "xxxx" MMC-nin hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddia tələbinə etiraz etmişdir. İş üzrə keçirilmiş mütəxəssis baxışı ilə müəyyən edilmişdir ki, Seriya RX ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus olan 0.12 ha torpaq sahəsinin Cavabdeh Rüstəm oğlunun faktiki istifadəsində olan 0.2361 ha torpaq sahəsinin 0.1159 ha hissəsi üst-üstə düşür. Yəni, Rüstəmov X1 Ceyhun Akif oğluna məxsus torpaq sahəsini zəbt etmiş və ondan istifadə edir. Ona görə də, iddia tələbi təmin edilməli, Rüstəmov X1 Ceyhun Akif oğluna məxsus torpaq sahəsinin zəbt edilmiş 0.1159 ha hissəsindən çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödənilmiş, eləcə də rəy verilməsi üçün 312 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Rüstəmov X1 Ceyhun Akif oğluna məxsus torpaq sahəsinin zəbt edilmiş 0.1159 ha hissəsindən çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi və rəy verilməsi üçün ödənilmiş 312 manat xərcin əvəzi Cavabdeh İsmayıl oğlundan alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar