Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-262/2023 24.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun vəkili X3 və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona və ailəsinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə verilmiş 0.91 ha pay torpaqlarını cavabdehlərdən alınıb ona və ailə üzvlərinə verilməsinə dair, o cümlədən, onların pay torpaqlarında tikilmiş tikintinin sökülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, onun qardaşı X2 şəhid olmuşdur. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli, 04 dekabr tarixli 13/1 qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.91 ha pay torpaq sahəsi verilmişdir. Cavabdeh1 icra hakimiyyəti başçısının nümayəndəsi olduğu üçün vəzifəsindən sui-istifadə edərək, onlara məxsus pay torpaq sahəsini zəbt etmiş və qardaşı Cavabdeh2 vermişdir. Cavabdeh2 iddiaçı və onun ailə üzvlərinə verilmiş pay torpağında qanunsuz tikililər tikmişdir. O, cavabdehlərdən torpağının verilməsini tələb etmiş, lakin onlar imtina etmişlər. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq üçün əmlak komitəsinə müraciət etmiş, lakin onun torpaq sahəsində tikili olduğu üçün Çıxarış verilməsindən imtina edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbinə dair etiraz etmiş, iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etmədiklərini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışlardan görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.0995 ha və 0.1251 ha ölçülərdə olan torpaq sahələrinə İddiaçı, X7, X12, X8 və X4 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, İddiaçı, X1, X12, X8 və X9 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.91 ha torpaq sahəsi verilmişdir. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5451ha və 0.12 ha torpaq sahələrinə Cavabdeh2 tam mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.25 ha torpaq sahəsinə Cavabdeh1, X5, X6 və X10 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Mütəxəssis Rəyindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən torpaq sahəsinin hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamış, cavabdehlərə məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçnın və cavabdehin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən torpaq sahələrinin hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamış, onlara məxsus tikililər iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahələrində yerləşmir. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-262/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-262/2023
24.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver