Məhkəmə qərarları › İş №2(042)-263/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-263/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-263/2024 28.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx.xx.1947-ci il tarixdə Gədəbəy rayonu, Əli İsmayıl (indiki Alnabat) kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması və ona veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında X4, ana qrafasında X5 qeyd edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci ildə Gədəbəy rayonu, Əli İsmayıl (indiki Alnabat) kəndində anadan olmuş, hal-hazırda həmin kənddə yaşayır. X1, anası X3r. Valideynləri o anadan oldqudan sonra, yəni xx.xx.1959-cu ildə rəsmi nikaha daxil olmuşlar. Onların hər ikisi vəfat etmişdir. Atası xx.xx.2010-cu ildə, anası xx.xx.2006-cı ildə vəfat etmişdir. Valideynləri savadsız olduğundan ona doğum haqqında şəhadətnamə almamışlar. Lakin ona şəxsiyyət vəsiqəsi verilmişdir. O, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edərək ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin onun doğum akt qeydi Maraqlı şəxsndə tapılmadığına görə Maraqlı şəxs tərəfindən müraciətinə xx.xx.2023-cü il tarixli, 05/09-7xx-xx/2023 imtina məktubu verilmişdir və məhkəməyə müraciət etməsi izah edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Əli İsmayıl kədində (indiki Alnabat kəndində) yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçinin X1, anası X5 olmuşdur. Ərizəçinin xx.xx.1947-ci il tarixdə Gədəbəy rayonu, Əli İsmayıl (indiki Alnabat) kəndində doğulmasını təsdiq edir. X2 məhkəmə iclasında X6 ilə eyni məzmunlu ifadə verdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-cı il tarixdə Gədəbəy rayonu, Əli İsmayıl kəndində anadan olmuşdur. Gədəbəy rayonu, Əli İsmayıl kəndində qeydiyyatdadır. İşdə olan nikah akt qeydləri kitabından çıxarışın surətindən görünür ki, X4 və X13 nikahlarını xx.xx.1959-cu il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2006cı il tarixdə, X4 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş 23 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxsndə doğlum akt qeydləri aşkar olunmamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsinə və ona dəyişikliklər edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmadığından doğum akt qeydinin bərpasına dair ərizə qeydiyyat orqanında təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Gədəbəy rayonu, Əli İsmayıl kəndində (indiki Alnabat kəndində) anadan olmuşdur. Lakin ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin xx.xx.1947-ci ildə doğulması, ərizəçinin atasının X4, anasının X5 olması iş materiallarında olan sübutlar, ərizəçinin izahahtı və şahid ifadələri ilə öz təsdiqini tapır. Onun doğum faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1947-ci il tarixdə Gədəbəy rayonu, Əli İsmayıl kəndində (indiki Alnabat kəndində) doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Ərizəçi veriləcək doğum haqqında şəhadətnamədə onun doğum tarixi kimi xx.xx.1947-ci il, özünün adı, soyadı və ata adı qrafasında – Ərizəçi, atası qrafasında – X4, anası qrafasında – X5 qeyd edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar