Məhkəmə qərarları › İş №2(042)-282/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-282/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-282/2023 11.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum atası X3 Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən ibarət olan və mərhum anası X1 Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən JN-216 KOD 50506018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 0.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən, A №104954 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 2498.12 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, atası X11 anası X12 ilə 1963-cü il qeyri-rəsmi ailə qurmuş, xx.xx.1966-cı ildə nikah bağlamışlar. Onların birgə nikahından o və X9 doğulmuşlar. O, doğulandan Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. Onun atası X11 xx.xx.2022 ci ildə və anası X17 xx.xx.2008-cidə ölmüşlər. Gədəbəy Rayon Aqrar İslahatı Komissiyasının 29 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Gədəbəy rayonun, Arıqıran kəndində atası X11 və anası X4 ümumi birgə mülkiyyətinə 0.56 ha torpaq sahəsi verilmişdir. Eləcə də, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə Gədəbəy rayonu, Arıqıran kəndində anası X4 mülkiyyətində 2498.12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Valedynləri ölməmişdən qabaq həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Hazırda o, həmin torpaq sahəsi üzərində tikilmiş evdə qeydiyyatdadır və orda yaşayır. Miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsi haqqında Şəhadətnamə verilməsi üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Gədəbəy Rayon Notariat Ofisi tərəfindən 24 yanvar 2023-cü il tarixdə imtina məktubu verilmişdir. Valideynlərindən qalmış miras əmlakla əlaqədar ilə bacısı vərəsə kimi heç bir mübahisələri yoxdur. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.7. və 185.6-ci maddələrinə əsasən işə digər ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki,o, ərizəçinin valideynlərini tanıyır. Ərizəçinin atası X11, anası X12 olmuşlar.Ərizəçiyə valideynlərindən qalmış miras Gədəbəy rayonu, Arıqıran kəndində yerləşir.Həmin əmlakdan ərizəçi istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 eyniməzmunlu ifadə vermişlər. İşdə olan çıxarışdan görünür ki, X11 ilə X6 xx.xx.1966-cı il tarixdə nikah bağlamışılar. İşdə olan arayışdan görünür ki, Ərizəçi atası X11, anası X13 olmuşdur. İşdə olan X2 surətindən görünür ki, ərizəçinin atası X11 xx.xx.2002-ci il tarixdə, anası X10 xx.xx.2008-ci il tarixdə ölmüşlər. İşdə olan Dövlət Aktından görünür ki, X11 və X4 birgə mülkiyyətində olan 0.56 ha torpaq sahəsi vardır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”-dən görünür ki, X8 məxsus 2498.12 kv.m həyətyanı torpaq sahəsi ilə əlaqədar tərtib edilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nin Arıqıran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışın surətindən görünür ki, Ərizəçi valideynlərindən qalmış mirası idarə edir. İşdə olan ərizədən görünür ki, X9 mirası qəbul etməkdən imtina etmişdir. İşdə olan Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin atası X11 xx.xx.2002-ci il tarixdə, anası X12 xx.xx.2008-ci il tarixə ölmüşlər. Valideynlərinin mülkiyyətində Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.56 ha torpaq sahəsi olmuşdur. Eləcə də, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə Gədəbəy rayonu, Arıqıran kəndində anası X4 mülkiyyətində 2498.12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Ərizəçi həmin əmlakdan istifadə etməklə, onu miras kimi faktiki olaraq qəbul etmişlər. Ona görə də ərizə təmin edilməli, Ərizəçi tərəfindən atası X3 Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və mərhum anası X1 Gədəbəy rayonu Arıqıran kəndində yerləşən JN-216 KOD 50506018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 0.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən A №104954 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 2498.12 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən atası X3 Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və mərhum anası X1 Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən JN-216 KOD 50506018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 0.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən, A №104954 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 2498.12 kv.m həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar