Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-289/2021 07.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, maraqlı şəxs X5 nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X6 və Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi üçün müddətin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı atası X14 tərəfindən notarial qaydada ona verilmiş vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin uzadılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X3 rayonunun Çobankənd İƏD üzrə nümayəndəliyinin Qızılqaya kəndində yaşamışdır. X2 həmin kənddə özünə məxsus daşınar və daşınmaz əmlakları olmuşdur. Mərhum atasının ondan başqa üç oğlu və üç qızı olmuşdur. X8 06.04.1994-cü il tarixdə, atası X15 01.05.2013-cü il tarixdə vəfat etmişlər. Atasının vəfatından sonra onunla bacısı Nadilə arasında atasından miras qalmış əmlaklara görə mübahisələr yaranmışdır. O və hazırda maraqlı şəxs olan bacısı Nadilə atalarının evində yaşayırlar. Atası ölməmişdən qabaq, yəni 31.10.2009-cu il tarixdə Gədəbəy rayon notariat kontoru tərəfindən ona vəsiyyətnamə vermişdir. Atasında qalan miras əmlak Gədəbəy rayonunun Çobankənd kəndi İƏD üzrə nümayəndəliyinin Qızılqaya ərazisində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və 0.28 ha həyətyanı torpaq sahəsindən ibarətdir. O, mirasın qəbulu üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə ərizəsi təmin edilmiş, bundan sonra daşınmaz əmlaka çıxarış almışdır. Lakin bacısı X12 qətnamədən xəbəri olmuş və həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. O, kassasiya şikayəti versə də Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan mülki işə baxılaraq, ərizənin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs X5 nümayəndəsi X17 məhkəmə iclasında ərizəyə etiraz etmiş, izahat verərək bildirmişdir ki, ərizəçi mirasın qəbulu üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə ərizəsi təmin edilmiş, bundan sonra o, daşınmaz əmlaka çıxarış almışdır. X1 qətnamədən xəbəri olmuş və həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. O, kassasiya şikayəti versə də Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin əmlakı X12 qəbul etmişdir. Həmçinin ərizəçi miras müddətinin uzadılması üçün məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Ona görə də ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2 (042)-641/2018 saylı, 02.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi mərhum X7 miras qalmış Gədəbəy rayonu, Çobankənd kənd İƏD üzrə nümayəndəliyin Qızılqaya kəndində yerləşən birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınsın və onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilməsi, Gədəbəy rayonunun Qızılqaya kəndində yerləşən mərhum X7 miras qalmış birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ¼ hissə və ya ümumi torpaq sahəsindən 1/8 hissə, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m olan fərdi yaşayış evindən ¼ hissə olmaqla cavabdeh X5 məcburi payı müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3569/2019 saylı, 16.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2 (042)- 641/2018 saylı, 02.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4386/2020 saylı, 10.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3569/2019 saylı, 16.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan X16 tərəfindən Abşeron rayon 1 saylı notariat kontorunda verilmiş, reyestrdə 7V-389 № ilə qeyd edilmiş 3110.2009-cu il tarixli vəsiyyətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 rayonu Yenikənd kəndində yerləşən evini, ev əşyalarını, torpaq sahəsini və adına nə varsa, hamısını oğlunu Ərizəçi vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan X10 surətindən görünür ki, X16 01.05.2013-cü il tarixdə Gədəbəy rayonu Yenikənd kəndində ölmüşdür. İşdə olan reyestr nömrəsi **********28-10301 olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Qızılqaya kəndində yerləşən, 0,28 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 109.3 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il t arixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Lakin miras kimi qəbul etmək iddiasında olduğu əmlaka onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr xidmətində artıq qeydə alınmışdır. Yəni, həmin əmlak artıq onun mülkiyyətindədir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsiniə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-289/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-289/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver