Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-308/2021 16.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğluna, Cavabdeh2 qarşı miras mülkə vərəsəliyin müəyyən edilməsi və vərəsə kimi tanınma tələbi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğluna, Cavabdeh2 qarşı Gədəbəy rayonunun Kəsəmən kəndində yaşamış, mərhum atası, X7 və anası X3 miras qalmış fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə onun İ növbə vərəsə tanınması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdehlər onun mərhum qardaşının ailə üzvləridir. X5 04.01.2014-cü il tarixdə, anası X8 17.10.2012-ci il tarixdə vəfat etmişlər. Gədəbəy rayonunun Kəsəmən kəndində mərhum ata və anasına məxsus fərdi yaşayış evi olmuşdur. O, xx.xx.1973-cü il tarixdə həmin evdə doğulmuş və orada böyümüşdür. Həmin ev 0.25 ha torpaq sahəsində yerləşir. O, 24 fevral 2012-ci il tarixdə Rusiya Federasiyasına getmiş, və orada cinayət məsuliyyətinə cəlb edilmişdir. Tumen Rayon Məhkəməsinin hökmünə əsasən 7 il azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, cavabdehlər onu ata evinə buraxmamışlar. O, ata və anasından miras qalmış əmlaka sahiblik etmək üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin mirasın qəbulu üçün 6 aylıq müddət keçdiyi üçün ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişlər. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, iddia tələbinə etiraz etmiş, bildirmişdir ki, iddiaçı 2012-ci il tarixdə Rusiya Federasiyasına getmiş, bundan sonra mərhum qayınatası və qayınanasına o baxmış və qulluq etmişdir. X12 və X8 öldükdən sonra onların dəfn xərcini özü etmiş, X12 və X3 miras qalmış əmlakı o idarə etmişdir. İddiaçı 2020-ci il tarixdə Rusiya Federasiyasından gələrək, onları həmin əmlakdan çıxarmışdır. Həmçinin maddi imkanları pis olduğu üçün məhkəmə iclasına gələ bilmir və onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğluna, Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X6 surətlərindən görünür ki, X12 06.01.2014-cü il tarixdə, X8 17.10.2012ci il tarixdə ölmüşlər. İşdə olan Çıxarışın surətindən görünür ki, X12 və X9 08.02.1965-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Namazova soyadı verilmişdir. İşdə olan X2 surətlərindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuş, atası qrafasında X12, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan Arxiv Arayşından görünür ki, X12 və X1 rayonunun Qaraməmmədli kənd İƏD-nin təsərrüfatbaşına kitabın 305 nömrəli təsərrüfatda qeyd edilmiş, onların adına 0.25 ha torpaq sahəsi və 340 kv.m mənzil qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan DƏDRX-nin 411 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X10 və X4 adlarına Gədəbəy rayonunda fərdi yaşayış evi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mübahisəli əmlak üzərində mərhum X10 və X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Yəni, mübahisələndirilən əmlak miras kütləsinə daxil deyildir və onunla əlaqədar vərəsəlik hüquq münasibətləri yaranmamışdır. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-308/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-308/2021
16.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver