Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-317/2021 31.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi1 “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy şəhərinin İ.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişdiyi ərazinin qərbində yerləşən, sahəsi 182 kv.m olan torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş sahəsi 47.5 kv.m olan qeyri-yaşayış obyektindən ibarət daşınmaz əmlaka mülkiyyət hüququ üzrə onun tərəfimdən sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X3 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, ərizəçinin oğludur. Ərizəçi2 Başçısının xx xxxxx 1998-ci il tarixli, 98 nömrəli Sərəncamı ilə Ərizəçi1 kommersiya dükanının tikintisi üçün Gədəbəy şəhərinin İ.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişdiyi ərazinin qərbində köhnədən Ərizəçi1 istifadə etdiyi taxta budka arasında olan boş sahədə eni 13 metr, uzunluğu 14 metr, sahəsi 182 kv.m torpaq sahəsi ayrılmışdır. Eləcə də həmin sərəncamın 2-ci bəndinə əsasən, ayrılan sahənin Şəmkir rayonlararası Ekologiya və Təbiəti Mühafizə Komitəsində qeydə alınmasını və həmin sahədə RİH Başçısının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında tikintisini təmin etməsi ərizəçiyə tapşırılmışdır. Həmin sərəncama əsasən ərizəçiyə ayrılmış torpaq sahəsində qeyri-yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binasının ümumi sahəsi 47.5 kv.m-dir. Qeyri-yaşayış binasını 2000-ci ildə tikilsə də, obyektin tikintisini RİH Başçısının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında aparmamışdır. Belə bir eskiz layihə 2009-cu ildə “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmişdir. 1998-ci ildən ərizəçiyə ayrılmış torpaq sahəsinə və üzərində inşa etdirdiyi qeyri-yaşayış obyektinə ərizəçi mübahisəsiz sahiblik edir və ondan istifadə edir. Bu müddət ərzində həmin torpaq sahəsini və qeyriyaşayış obyektini mülkiyyəti kimi idarə etmişdir. Ona görə də ərizəçi Gədəbəy şəhərinin İ.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişdiyi ərazinin qərbində yerləşən, sahəsi 182 kv.m olan torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş sahəsi 47.5 kv.m olan qeyri-yaşayış obyektindən ibarət daşınmaz əmlaka mülkiyyət hüququ üzrə onun tərəfindən sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə və Ərizəçi2nə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxslərin nümayəndələrinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1940-cı il tarixdə Gədəbəy rayonunun Qarıkənd kəndinə doğulmuş, hazırda Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 6, m.27 ünavnında qeydiyyatdadır. İşdə olan xx xxxxxx 2021-ci il tarixdə Gədəbəy rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş Ərizəçi2 başçısının xx xxxxx 1998-ci il tarixli, 98 nömrəli sərancamından görünür ki, şəhər sakini Ərizəçi1 kommersiya dükanının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə rayon icra hakimiyyətinə müraciəti nəzərə alınmış və ona dükanın tikintisinə şəhərin İ.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişdiyi ərazinin qərbində köhnədən Ərizəçi1 istifadə etdiyi taxta budka arasında olan boş sahədə eni 13 metr, uzunluğu 14 metr, sahəsi 182 kv.m torpaq sahəsi ayrılmış, Ərizəçi1 ayrılan sahənin Şəmkir rayonlararası Ekologiya və Təbiəti Mühafizə Komitəsində qeydə alınmasını və həmin sahədə RİH Başçısının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında tikintisini təmin etməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Əmlakının Dövlət Reyestri Xidməti tərəfindən Ərizəçi1 müraciətinə cavab olaraq verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, tikintiyə icazənin verilməsi, tikinti layihələrinin razılaşdırılması və tikintisi başa çatdırılmış tikinti obyektlərinin istismarına icazənin verilməsi yerli icra hakimiyyətlər tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Nazirliyin tabeliyində olan qurumların səlahiyyətləri xaricindədir. İşdə olan “xxxx” ASC Gədəbəy EŞ tərəfində verilmiş xx.xx.2021-ci il tarixli, 53 saylı arayışından görünür ki, Ərizəçi1 Gədəbəy şəhəri İ.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən ticarət obyektində sayğac vardır. İşdə olan “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən 2019-cu il tarixdə hazırlanmış Eskiz Layihədən görünür ki, Gədəbəy rayonu, İlham Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Ərizəçi1 məxsus ümumi sahəsi 47.5 kv.m olan qeyriyaşayış obyekti mövcuddur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.6-cı maddəsində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. MM-nin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın Dövlət qeydiyyatını aparan orqan həmin əmalaka olan hüququ təsdiq edən müvafiq sənəd verir. Həmin sənəd itirildikdə və həmin sənədin alınması və ya bərpası mümkün olmadıqda, MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəməyə müraciət edilə bilər. Odur ki, məhkəmə o halda daşınmaz əmlaka hüquqları təsdiq edə bilər ki, birincisi, həmin əmlak Dövlət qeydiyyatına alınmış olsun, ikincisi həmin əmlaka dair hüquq müəyyənedici sənəd verilsin, üçüncüsü qeydə alan orqandan onun dublikatını almaq mümkün olmasın. Məhkəmə iclasında ərizəçi həmin şərtlərin mövcudluğuna dair heç bir sübut məhkəməyə təqdim etmədi. Əksinə, ərizəçi faktların müəyyən edilməsini tələb etdiyi daşınmaz əmlaka dair heç bir hüquq müəyyənedici sənədlərin olmadığını bildirdi. Məhkəmə ərizəçinin tələbinin hüquqi əsası kimi göstərdiyi, MM-in 178.6-cı maddəsinə münasibətdə onu qeyd edir ki, ərizəçi dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, bu barədə mülkiyyət hüququnun qeydə alınmasını həyata keçirmək vəzifəsi daşıyan DƏDRX-nə rəsmi müraciət etməli, əgər qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra inzibati orqanının və ya onun vəzifəli şəxsinin hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar aidiyyəti üzrə İnzibati məhkəmələrə müraciət edilməklə həllini tapmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Ərizəçi1 “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-317/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-317/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver