Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-320/2021 09.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirаkları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı qüsurların aradan qaldırılması və ya pul tələbinə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ЕТDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qarşı Cavabdeh üzərinə Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən ona məxsus olan evə düzəltdiyi pəncərələrdə mövcud olan qüsurların aradan qaldırılması, yəni, evinə yerləşdirdiyi pəncərələrin yenisi ilə əvəz edilməsi öhhdəliyinin qoyulması, əks halda, yəni qüsurlar aradan qaldırılmazsa, Cavabdeh ödədiyi 959 manat pulun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh X2 plastik pəncərə düzəltməklə məşğul olur. Onu 2018-ci ildə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən evinə plastik pəncərə düzəltməsi ilə əlaqədar tanımışdır. 2018-ci ilin yay-payız aylarında cavabdehə Gədəbəy rayonu, Yenikənd kəndində tikdirdiyi evin pəncərələrinin ölçülərini götürüb pəncərə düzəltməsini sifariş etmişdir. O, cavabdehlə 7 ədəd pəncərənin düzəldilməsi üçün hər biri 137 manat olmaqla 959 manata razılaşmışlar. O, cavabdehə pulun 500 manatını işi başlamamışdan əvvəl, qalan 459 manatı isə pəncərələri salandan sonra oğlu X1 vasitəsi ilə vermişdir. Cavabdeh işi qurtardıqdan, yəni evinin plastik pəncərələrini yerləşdirdikdən bir müddət sonra pəncərlərdə tərləmə və ağarma olduğunu bilmişdir. Ona görə cavabdehin yanında getmiş, pəncərələrin keyfiyyətsiz olduğunu bildirmiş və pəncərələri yenidən düzəltməsini xahiş etmişdir. Cavabdeh isə pəncərələri söküb yenidən düzəldəcəyinə söz vermişdir. Bu məqsədlə cavabdeh bir dəfə onun evinə gəlmiş və pəncərələrin ölçüsünü yenidən götürmüş, 1 ayadək yeni pəncərələri düzəldib köhnələri yenisi ilə dəyişdirəcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cababdeh evin pəncərələrini düzəltmək üçün gəlməmişdir. O, dəfələrlə cavabdehin işlədiyi sexə gədib verdiyi sözə əməl etməsini, evin pəncərələrini düzəltməsini tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə gəlib düzəldəcəyini bildirərək onu aldatmışdır. Artıq 2 ildən çox vaxtdır ki, cavabdeh öhdəsinə götürdüyü işi lazımınca yerinə yetirmir. Ona görə də cavabdehin üzərinə düzəltdiyi pəncərələrdə mövcud olan qüsurların aradan qaldırılması, yəni evinə yerləşdirdiyi pəncərələrin yenisi ilə əvəz edilməsi öhdəliyinin qoyulması, əks təqdirdə cavabdehə ödəmiş olduğum 959 manatın alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, o, pəncərə ustasıdır. İddiaçı evinin pəncərələrinin düzəldilməsi ilə əlaqədar ona müraciət etmiş, o da sifarişi icra etmiş, iddiaçının evinin pəncərələrini düzəltmişdir. Həmin pəncərələrə bir ay zəmanət vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçdikdən sonra iddiaçı pəncərələrin şüşələrinin tərləməısini bəhanə edərək, yenidən düzəltməsini tələb etmişdir. O, pəncərərlərə baxmış, şüçələrin həqiqətən tərlədiyini müəyyən etmişdir. Lakin o, şüşələri özü düzəltmir. Bu şüşələrin yalnız bir-iki ay müddətində geri qaytarmaq olardı. İddiaçı isə ona iki il keçdikdən sonra müraciət etmişdir. O, iddiaçıya şüşələrin qiymətinin bir hissəsini ödəyəcəyi təqdirdə pəncərərləri düzəldəcəyini bildirmişdir. Lakin iddiaçı bununla razılaşmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və nlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan şəkildən görünür ki, pəncərədə qüsurlar var. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izаhаtlarını, və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, 2018-ci ilin yay-payız aylarında iddiaçı cavabdehə Gədəbəy rayonu, Yenikənd kəndində tikdirdiyi evin pəncərələrini düzəltməsini sifariş etmişdir. Tərəflər yeddi ədəd pəncərənin düzəldilməsini cəmi, 959 manata razılaşmışlar. Cavabdeh işi icra etmiş və iddiaçı işin görülməsi üçün razılaşdıqları 959 manatı cavabdehə vermişdir. Lakin iş görüldükdən bir müddət sonra iddiaçı pəncərələrin şüşələrində qüsur olduğunu, onların tərlədiyini müəyyən etmiş və bunu cavabdehə bildirmişdir. Cavabdeh şüşələrin həqiqətən tərlədiyini təsdiq etmiş və verdiyi zəmanət müddətinin bitdiyini bildirərək, şüşələrdə olan qüsurlarən qaldırılması xərclərinin bir hissəsinin iddiaçı tərəfindən ödənilməsini təklif etmişdir. Tərəflər bununla əlaqədar razılıq əldə etməmişlər. Bununla belə, məhkəmə belə qənaətə əlir ki, cavabdeh pəncərə şüşələrində qüsurlar olduğunu təsdiq etmişdir və bu qüsurları aradan qaldırmalıdır. Eyni zamanda, iddiaçı cavabdehdən görülmüş işə görə ödənilmiş pulu tələb etməkdə də haqlı deyildir. Belə ki, həmin pul məbləği yalnız şüşələrin qiyməti deyil, bütün işin görülməsi üçün nəzərdə tutulmuş xərclərin məcmusudur. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən iddiaçıya məxsus olan fərdi yaşayış evində düzəltdiyi pəncərələrdə mövcud olan qüsurların aradan qaldırılması, yəni, həmin pəncərələrin şüşələrinin dəyişdirilməsi öhhdəliyi qoyulmalıdır. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ: İddiа tələbi qismən təmin edilsin. Cavabdeh üzərinə Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evində düzəltdiyi pəncərələrdə mövcud olan qüsurların aradan qaldırılması, yəni, həmin pəncərələrin şüşələrinin dəyişdirilməsi öhhdəliyi qoyulsun. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-320/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-320/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver