Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-331/2022 11.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh istifadə hüququna xitam verilməsi tələbinə dair mülki Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdehnun ona məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildimişdir ki, Cavabdeh onun keçmiş gəlini olmuşdur. Cavabdeh oğlu X7 ilə 2017-ci ildə tarixdə ailə qurmuş, nikahlarını 04.10.2018-ci il tarixdə bağlamışlar. 01.09.2018-ci il tarixdə onların övladı X8 doğulmuşdur. Cavabdeh oğlu X7 ilə ayrılmış, Gədəbəy rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli, 2(042)-89/2020 saylı qətnaməsi ilə onların arasında olan nikah pozulmuş. X8 anasının himayəsinə verilmiş, 01.09.2018-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin X2 alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 175 manat müəyyən edilmişdir. Cavabdeh oğlu X7 ilə ailə qurduqdan sonra cəmi 1 il - 2017-ci ildən 2018-cilədək ona məxsus olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən iki otaq və bir şüşəbənddən ibarət birmətəbəli fərdi yaşayış evində gəlin kimi yaşamışdır. Ev daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Cəmi 1 il yaşadıqdan sonra cavabdeh valideynlərinin evinə getmişdir. Hazırda cavabdeh Gədəbəy rayonunun Söyüdlü kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində özünə məxsus fərdi yaşayış evində yaşayır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, onun yaşamaq üçün evi yoxdur. Həmçinin o, müvəqqəti qeydiyyata düşə bilmir. Onun iddiaçının evində istifadə hüququ var. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, Kamallı X3 rayon, Söyüdlü kəndində qeydiyyatda olmasına baxmayaraq, həmin kənddə yaşamır. İşdə olan X5 Şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında olan nikah 10.03.2020-ci il tarixdə pozulmuşdur. İşdə olan Bağışlanma Müqaviləsinin surətindən görünür ki, X1 0.2257 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 138.4 kv.m qeyri yaşayış binası İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Kamallı X3 rayonunun Söyüdlü kəndində qeydiyyatdadır. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin qeydiyyatda olduğu evin onun mülkiyyətində olmasını sübut etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Çıxarış qeyri yaşayış sahəsinə məxsus çıxarışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-331/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-331/2022
11.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver