Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-336/2021 05.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh qarşı istifadə hüququnun olmamasının müəyyən dilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Torpağın Mülkiyyətə Verilməsinə dair JN-777D, KOD 50526018 nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində istifadə hüququnun itirilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh Torpağın Mülkiyyətə Verilməsinə dair JN-777D, KOD 50526018 nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində istifadə hüququnun olmamasının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-777D, KOD 50526018 nömrəli Şəhadətnamə əsasında ona 0.12 ha torpaq sahəsi verilmiş, o, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir. Lakin həmin evə Çıxarış almamışdır. Onun oğlu cavabdeh X1 ilə 2009-cu ildə ailə qurmuş, 2019-cu il tarixdə aralarında olan nikah pozulmuşdur. Lakin sonradan məlum olmuşdur ki, təsərrüfatbaşına kitablarda və digər sənədlərdə cavabdeh ona məxsus təsərrüfatda qeydiyyatdadır. Bu isə ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, onlara göndərilmiş bildirişlər onun həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə işdə iştirak etməyən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(042)- 385/2019 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-777D, KOD 50526018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, İddiaçı 0.12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Torpağın Mülkiyyətə Verilməsinə dair JN-777D, KOD 50526018 nömrəli Şəhadətnamə əsasında 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş, iddiaçı həmin torpaq sahəsində ərdi yaşayış evi inşa etmişdir. Lakin həmin evə hər hansı bir hüquq qeydə alınmamışdır. Onun oğlu cavabdeh X1 ilə 2009-cu ildə ailə qurmuş, 2019-cu il tarixdə onların arasında olan nikah pozulmuşdur. Cavabdehin hazırda harda yaşaması məlum deyildir. Evə mülkiyyət hüququ tanınmadığı üçün tərəflərin həmin evə istifadə hüququ yaranmamışdır. Lakin təsərrüfatbaşına kitablarda və digər sənədlərdə cavabdeh iddiaçıya məxsus təsərrüfatda qeydiyyatdadır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh Torpağın Mülkiyyətə Verilməsinə dair JN-777D, KOD 50526018 nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində istifadə hüququnun olmaması müəyyən edilməlidir. İddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Torpağın Mülkiyyətə Verilməsinə dair JN-777D, KOD 50526018 nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-336/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-336/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver