Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-340/2021 27.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi X4 etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi X4 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X11 məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası X5 miras qalmış Gədəbəy-Novosaratovka magistral avtomaşın yolunun şimalında yerləşən dayanacağa bitişik ərazidə 126 kv.m torpaq sahəsində inşa edilmiş (tiklilərə) kommersiya mağazasına onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X4 etibarnamə üzrə nümayəndəsi X16 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, İddiaçının mərhum atası X7 Gədəbəy-Novosaratovka magistral avtomaşın yolunun şimalında yerləşən dayanacağa bitişik ərazidə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 13.05.1998-ci il tarixli, 107 saylı sərəncamına əsasən kommersiya mağazasının tikintisi üçün 126 kv.m boş torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan mərhum atası D.Tağıyev həmin torpaq sahəsindən tikinti işləri aparmış və hal-hazırda həmin tikinti yeməkxana kimi fəaliyyət göstərir. Həmin torpaq sahəsinin ayrılmasına dair həmin yerin sxemi, cizgisi və texniki pasportu işlənlib, hazırlanmışdır. İddiaçının atası D.Tağıyev 09.09.2002-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən həmin yeməkxananı iddiaçı işlədir, o mərhum atasından miras qalmış mülkü vərəsə olaraq öz adına rəsimləşdirmək məqsədi ilə Gədəbəy rayon Notarat Kontoruna müraciət etmiş və iddiaçıya notariat kontoru tərəfindən 11.02.2021-ci il tarixdə, 64 saylı imtina məktubu verilmişdir. Həmin məktuba əsasən iddiaçı mərhum atası X5 miras qalmış mülkü qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etmədiyi üçün mirasın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu onun hüququ savadsızlığından irəli gəlmişdir. Həmin kommersiya mağazasının sənədlərini öz adına rəsimləşdirmək istəsə də bu mümkün olmamışdır. İddiaçının adına heç bir hüquq müəyyənedici sənəd olmadığından həmin obyekti öz adına rəsmiləşdirə bilməmişdir. Mərhum atası D.Tağıyevdən qalmış mirası faktiki olaraq iddiaçı qəbul etmişdir və hesab edir ki, həmin miras mülk üzərində vərəsə kimi iddiaçı tanınmalıdır. Eyni zamanda iddiaçının başqa qardaş və bacısı yoxdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli, 430 nömrəli arayışdan görünür ki, X11 şəhər İƏD üzrə nümayəndəliyinin 29 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 97-ci səhifəsində qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1952-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası qrafasında X14, anası qrafasında X17 qızı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 31 saylı arayışının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 09.09.2002-ci il tarixdə “ürək qan damar çatışmamazlığı” səbəbindən Gədəbəy rayonunda ölmüşdür. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 13 may 1998-ci il tarixli, 107 saylı sərəncamının lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhər sakini X12 əlili X1 mağazasının tikintisinə torpaq sahəsinin ayrılması haqqında RİH başçısının 23 aprel 1998-ci il tarixli, 100 saylı saylı sərəncamında qismən dəyişiklik edilmiş və ona kommersiya mağazasının tikintisi üçün şəhərin mərkəzindən keçən Gədəbəy- Novosaratovka avtomobil yolunun şimalında yerləşən dayanacağın qarşısında tikilmiş təzə mağazanın qərb divarından qərbə doğru daş hasarın cənubundan uzunu 12 metr, eni 3 metr, cəmi 36 kvadrat-metr, daş hasarın şimalından, öz həyətyanı torpağından avtobus dayanacağının qərb divarından qərbə uzunu 18 metr, eni 5 metr, ümumi sahəsi 90 kvadrat-metr olmaqla kommersiya tikintisi üçün boş ərazidən cəmi 126 kvadrat-metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Texniki pasportun surətindən görünür k, Gədəbəy RİHB-nın 13 may 1998-ci il tarixli, 107 saylı sərəncamına əsasən Gədəbəy rayonu, S.Vurğun küçəsində yerləşən kommersiya mağazasına X10 adına texniki pasport tərtib edilmişdir. İşdə olan 8 nömrəli Regional Sukanal İdarəsi X18 tərəfindən verilmiş arayışdan görünür ki, X16 8 nömrəli Regional Sukanal İdarəsi X13 qeyri-əhali kimi abonentdir (abonent kodu 470042). İşdə olan "xxxx" ASC Gədəbəy EŞ tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli, 56 saylı arayışdan görünür ki, X3 şəhəri S.Vurğun küçəsində yerləşən Ticarət obyektində sayğac vardır (abonent kodu **********4). Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in)1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 13 may 1998-ci il tarixli, 107 saylı sərəncamı ilə şəhər sakini X12 əlili X1 mağazasının tikintisinə torpaq sahəsinin ayrılması haqqında RİH başçısının 23 aprel 1998-ci il tarixli, 100 saylı saylı sərəncamında qismən dəyişiklik edilmiş və ona kommersiya mağazasının tikintisi üçün şəhərin mərkəzindən keçən Gədəbəy-Novosaratovka avtomobil yolunun şimalında yerləşən dayanacağın qarşısında tikilmiş təzə mağazanın qərb divarından qərbə doğru daş hasarın cənubundan uzunu 12 metr, eni 3 metr, cəmi 36 kvadrat-metr, daş hasarın şimalından, öz həyətyanı torpağından avtobus dayanacağının qərb divarından qərbə uzunu 18 metr, eni 5 metr, ümumi sahəsi 90 kvadrat-metr olmaqla kommersiya tikintisi üçün boş ərazidən cəmi 126 kvadrat-metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikinti işləri aparılmışdır və hal-hazırda tikinti yeməkxana kimi fəaliyyət göstərməkdədir. Həmin əmlaklarla bağlı X6 adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onların X7 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, ümumi sahəsi 126 kv.m olan torpaq sahəsi və onun üzərində inşa edilmiş kommersiya mağazasından ibarət əmlaka dair X6 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X6 ümumi sahəsi 126 kv.m olan torpaq sahəsi və onun üzərində inşa edilmiş kommersiya mağazasından ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X6 mülkiyyəti kimi qiymətləndirilməlidir. X14 09.09.2002-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 126 kv.m olan torpaq sahəsi və onun üzərində inşa edilmiş kommersiya mağazası miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi X5 qalmış miras kütləsinə daxil edilməlidir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X5 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək tək uşağı ərizəçidir. X11 valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış Gədəbəy- Novosaratovka avtomobil yolunun şimalında yerləşən dayanacağa bitişik ərazidə 126 kv.m torpaq sahəsində inşa edilmiş (tiklilərə) kommersiya mağazasından ibarət miras əmlakın ərizəçi X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış Gədəbəy-Novosaratovka avtomobil yolunun şimalında yerləşən dayanacağa bitişik ərazidə 126 kv.m torpaq sahəsində inşa edilmiş (tiklilərdən) kommersiya mağazasından ibarət miras əmlakın ərizəçi X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-340/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-340/2021
27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver