Məhkəmə qərarları › İş №2(042)-343/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-343/2020

03.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-343/2020 03.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsihakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçi X5 və maraqlı şəxslər Maraqlı şəxs1, X11 və X1 iştirakları ilə ərizəçi X5 maraqlı şəxslər Maraqlı şəxs1, X14, X2 və Gədəbəy Rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbləri haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X15 maraqlı şəxslər Maraqlı şəxs1, X14, X2 və Gədəbəy Rayon Notariat Kontoruna qarşı Gədəbəy rayonunun Plankənd kəndində inşa edilmiş mərhum atası X3 miras qalmış fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qanun üzrə faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin miras əmlakına mənim mülkiyyət hüququmun tanınması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X15 ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum atası X6 adına Gədəbəy rayonunun Plankənd kəndinin 1977-ci il təsərrüfatbaşına kitabının 585 saylı şəxsi hesabından çıxarışda 0.25 ha torpaq sahəsi və 2 otaqlı ev fərdi yaşayış evi qeyd edilmişdir. Ata və anası vəfat etmiş, qardaş və bacıları isə hər biri ailə quraraq fərdi yaşayış evi tikmiş və torpaq sahələrinə sahibdirlər. Həmin evi və torpaq sahəsini öz adıma rəsmiləşdirmək istəsə də ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, Gədəbəy Rayon Notariat Ofisi tərəfindən ona imtina arayışı verilmişdir. Qardaş və bacıları həmin miras əmlakından notarial qaydada ərizə verərək imtina etmişlər. Ona görə də məhkəməyə müraciət etmiş ata və anasından qalmış miras əmlakının faktiki qəbul edilməsi və həmin əmlaka onun mülkiyyət hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahat verərək bildirmişdir ki, mərhum atası X6 adına Gədəbəy rayonunun Plankənd kəndinin 1977-ci il təsərrüfatbaşına kitabının 585 saylı şəxsi hesabından çıxarışda 0.25 ha torpaq sahəsi və 2 otaqlı ev fərdi yaşayış evi qeyd edilmişdir. Miras əmlakını bacısı X15 qəbul etmiş, həmin evdə o yaşayır. Mirasdan ona düşən payından imtina etmiş, bu barədə notarial qaydada ərizə vermişdir. Məhkəmə iclasında digər maraqlı şəxslər X20 və X7 eyniməzmunlu izahatlar vermişdir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X22 görünür ki, X12 və X23 xx.xx.1970-ci ildə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İşdə olan Ölüm Haqqında Arayışdan görünür ki, X16 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2018ci il tarixdə ölmüşdür. İşdə olan X4 surətlərindən görünür ki, X15, Maraqlı şəxs1, X20 və X7 müvafiq olaraq, xx.xx.1967-ci il tarixdə, xx.xx.1973-cü il tarixdə, xx.xx.1976-cı il tarixdə və xx.xx.1971-ci il tarixdə doğulmuş, ataları qrafasında X16 və anaları qrafasında X23 qeyd edilmişdir. İşdə olan X10 surətindən görünür ki, X25 və X17 xx.xx.2009-cu il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Nuriyeva soyadı verilmişdir. İşdə olan Arxiv Arayışından görünür ki, X6 adına 1991-1995-ci illərə dair Gədəbəy rayon Rüstəm Əliyev kənd XDS-nin 13 saylı təsərrüfatbaşına kitabın 822-ci şəxsi hesabında 0.25 ha torpaq sahəsi və 48 kv.m yaşayış evi qeyd edilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının surətindən görünür ki, X6 və X8 adına 0.27 ha torpaq sahəsi qeydə alınmışdır. İşdə olan Təsərrüfatbaşına Kitabdan Çıxarışın surətindən görünür ki, X16, X18, Ərizəçi Maraqlı şəxs1, X20, və X9 eyni təsərrüfatda qeydə alınmışlar. İşdə olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Maraqlı şəxs1, X20 və X9 ataları X3 miras qalmış əmlakın bacıları X15 tərəfindən qəbul edilməsinə etiraz etməmiş, mirasdan məcburi paylarından imtina etmişlər. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş, imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. X30 Məhkəməsinin “Önər Yıldız Türkiyəyə qarşı” xx xxxx 2002-ci il tarixli qərarının 139-cu bəndində Məhkəmə müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın hüquq kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 142-ci bəndinə əsasən isə ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Həmçinin həmin qərarda qeyd olunur ki, mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən, mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, X16 və X23 xx.xx.1970-ci ildə nikah bağlamış, onların ailə münasibətlərindən Ərizəçi, Maraqlı şəxs1, X20 və X7 doğulmuşlar. Arxiv Arayışına əsasən ərizəçinin atası X6 adına 1991-1995-ci illərə dair Gədəbəy rayon Rüstəm Əliyev kənd XDS-nin 13 saylı təsərrüfatbaşına kitabın 822-ci şəxsi hesabında 0.25 ha torpaq sahəsi və 48 kv.m yaşayış evi qeyd edilmişdir.. Ərizəçinin atası X16 xx.xx.2002-ci il tarixdə, anası X18 xx.xx.2018-ci il tarixdə ölmüşlər. Ərizəçinin valideynlərinin istifadələrində olan daşınmaz əmlaka mülkiyyət hüququ tanınmamışdır. Məhkəmə Avropa Məhkəməsinin presedent hüqununa istinad edərək hesab edir ki, iddiaçının atası X6 qanuni əsaslarla əldə etdiyi tikiliyə mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Yəni, qanuni əsaslarla əldə edilmiş həmin əmlak X6 mülkiyyətində olmuş, onun ölümündən sonra miras aktivinə daxil olmuşdur. Ərizəçi valideynlərinin ölümündən sonra həmin əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, yəni, əmlakı miras kimi qəbul etmişdir. Bundan sonra Ərizəçi Gədəbəy Rayon Notariat Ofisinə müraciət etsə də Notariat ofisi vərəsəliyin qəbul edilməsi müddətinin keçməsi səbəbindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verməmişdir. Ərizəçinin digər bacı və qardaşları notarial qaydada ərizə verərək, atasının miras qalmış əmlakından imtina etmişlər. Ona görə də ərizə təmin edilməli, X5 Gədəbəy rayonunun Plankənd kəndində inşa edilmiş mərhum atası X3 miras qalmış fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsini miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edilməli və miras kimi qəbul edildiyi üçün həmin əmlaka Ərizəçi mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Gədəbəy rayonunun Plankənd kəndində inşa edilmiş mərhum atası X3 miras qalmış fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsini miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilsin və həmin əmlaka X5 mülkiyyət hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar