Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-351/2021 25.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, İddiaçı Cavabdeh qarşı “miras üzərində vərəsəlik hüququnun tanınması” barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq “miras üzərində vərəsəlik hüququnun tanınması” barədə məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri də iddiaçının və ya ərizəçinin tələbini, onların öz tələblərini əsaslandırdıqları halları, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi ərizədə göstərməsidir (maddə 149.2.3). Eləcə də qeyd olunmalıdır ki, iddia ərizəsi üç ünsürdən – iddianın predmeti, əsası və məzmunundan ibarət olmalıdır. İddianın predmetini iddiaçının cavabdehə olan tələbi, əsasını həmin tələbi şərtləndirən faktlar, məzmununu isə iddiaçının məhkəmədən etdiyi xahiş təşkil edir. İddiaçı ərizənin giriş hissəsində miras üzərində vərəsəlik hüququnun tanınması tələbini qeyd etmiş, lakin “xahiş edirəm” hissəsində Cavabdehnun xüsusi mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş yaşayış evinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinə qaytarılması və onun xüsusi mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsaəsn, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3.-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd olunan normalardan görünür ki, daşınmaz əmlaka xüsusi mülkiyyət hüququnun tanınması daşınmaz əmlakın dövlət reyestrində çıxarışla müəyyən olunur. Məhkəmələrdə daşınmaz əmlaka xüsusi mülkiyyətə verilməsinə dair mübahisələr baxılmır. Bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. MPM-in 153.2 və 153.2.1-ci maddəsinə əsasən, məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “miras üzərində vərəsəlik hüququnun tanınması” barədə ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “miras üzərində vərəsəlik hüququnun tanınması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-351/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-351/2021
25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver