Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-351/2023 22.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1 miras qalmış, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən, JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evindən ibarət mirasın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 onun atasıdır. X3 anası X8 ilə ailə qrumuş, onların dörd övladı olmuşdur: 1. X9 (d/t: xx.xx.1958); 2. Nümayəndə (d/t: xx.xx.1962); 3. Ərizəçi (d/t: xx.xx.1965); 4. X5 (d/t: xx.xx.1968). X17 xx.xx.1998-ci ildə, qardaşı X9 xx.xx.2004-cü ildə, X3 isə xx.xx.2010-cu ildə vəfat etmişdir. Atası ölən günədək Gədəbəy rayonu, Arıxdam kəndində yaşamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Arıxdam kəndində 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Atası ona məxsus 0.42 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Ev zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evidir. X3 ölən günədək onunla Gədəbəy rayonu, Arıxdam kəndində yaşamış, ona o baxmışdır. Bu səbəbdən atası xx.xx.1997-ci il tarixdə vəsiyyətnamə verərək Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən bütün əmlakını, fərdi yaşayış evini, ev əşvalarını ona vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Mən də atası vəfat etdikdən sonra onun bütün dəfn xərclərini çəkərək atasını dəfn etdirmişdir. Atasının ölümündən sonra da X1 qalmış evdə yaşamaqla mirası həm vəsiyyətnamə üzrə, həm də faktiki qəbul etmişdir. Hal hazırda da həmin evdə yaşayır. İşıq, qaz və digər kommunal xərclər onun adına gəlir. O, hal-hazırda atasından miras qalmış mülkü adına sənədləşdirmək istəyir. X1 qalmış miras kütləsinə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsi və Gədəbəy rayonu, Arıxdam kəndində həmin 0.42 ha həyətyanı torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evi daxildir. Həmin əmlakları atası sağlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evi X1 qalmış miras kütləsinə daxil edilməlidir. O, atasının ölümündən sonra da, ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini vəsiyyətnamə üzrə faktiki olaraq qəbul etmişdir. O, atasının vəfatından sonra ondan qalmış miras mülkü dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy rayon notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Atasından qalmış miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Bacısı Nümayəndə bu barədə notarial ərizə vermiş, qardaşı Pərviz Allahverdiyev 10 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır, mirasın onun tərəfimdən qəbul edilməsi üçün heç bir etiraz etmir. Odur ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X5 xx.xx.1968-ci il tarixdə, X9 xx.xx.1958-ci il tarixdə, Ərizəçi xx.xx.1965-ci il tarixdə doğulmuşlar, ataları qrafasından X12, anaları qrafasında X8 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə, X8 xx.xx.1998-ci il tarixdə, X9 isə xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən vəkil Xəyal Səmədzadənin sorğusuna cavab olaraq verilmiş 20 fevral 2023-cü il tarixli, 14 saylı məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıxdam kənd X20 1991-1995-cı illərə dair 6 saylı təsərrüfatbaşına kitabının 713-cü şəxsi hesabında X6 adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. İşdə olan N-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə X10 Gədəbəy rayonu, Arıxdam kəndində 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Nümayəndə tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, X1 qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlaklardan ona çatası miras payını rəsmi olaraq qəbul etməmişdir və qəbul etmir.Gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İşdə olan xx.xx.1997-ci il tarixdə X12 tərəfindən verilmiş, Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X2 rayonu, Arıxdam kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa hamısını qızı Ərizəçi vəsiyyət etmiş. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Gədəbəy rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023cü il tarixli, 90 saylı məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini ötürdüyünə görə vəziyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müracitə etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X4 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi mərhum X6 qızıdır. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş məktuba əsasən, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıxdam kənd X20 1991-1995-cı illərə dair 6 saylı təsərrüfatbaşına kitabının 713-cü şəxsi hesabında X6 adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. Eləcə də, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Gədəbəy şəhərində X10 adına 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. X12 isə xx.xx.2010-cu ildə ölmüşdür. Fərdi yaşayış evinə X6 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X10 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X6 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X6 Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X6 mülkiyyəti kimi qiymətləndirilməlidir. X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Arıxdam kəndində fərdi yaşayış evi və 0.42 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi X4 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, mərhum X12 tərəfindən oğlu Ərizəçi adına vəsiyyətnamə qoyulduğundan ondan qalmış miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, vəsiyyətnamə üzrə vərəsə ola biləcək Ərizəçi X6 ölümündən sonra, həm də onun ölümündən əvvəl ondan qalmış həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini faktiki idarə etmişdir. Bununla da Ərizəçi X11 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə X6 adına olan 0.42 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirası tam şəkildə vəsiyyət üzrə vərəsə olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X6 ölümündən sonra qalmış Gədəəy rayonu, Arıxdam kəndində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə X6 adına olan 0.42 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X6 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-351/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-351/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver