Məhkəmə qərarları › İş №2(042)-352/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-352/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-352/2023 01.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı 1929-cu il tarixdə Gədəbəy rayonunun Söyüdlü kəndində doğulmuş, 06 iyun 2003-cü il tarixdə Gədəbəy rayonunun Söyüdlü kəndində vəfat etmiş X6 və 20 dekabr 1934-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş və 25 may 2012-ci il tarixdə vəfat etmiş X4 münasibətdə qardaş-bacı olmaları, onlara münasibətdə qohumluq münasibətində olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, xx.xx.1963-cü il tarixdə Gədəbəy rayon, Söyüdlü kəndində doğulmuşdur. X10 onun atası, X7 isə onun bibisidir. Bibisi Hamaya faktiki olaraq ailə qurmuş, lakin onun övladı olmamışdır. Onu oğlu kimi bibisi böyütmüşdür. Onun atası xx.xx.2003-cü il tarixdə və bibisi xx.xx.2012-ci il tarixdə ölmüşlər. O, X6 onun atası və X3 onun bibisi olması barədə Maraqlı şəxsnə müraciət etsə də, atasının doğum haqqında şəhadətnaməsi olmadığından ona imtina məktubu verilmişdir. Onun qohumluq münasibətində olması mərhum atası və bibisindən miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası X10 və bibisi X7 olmuşdur. X10 ilə X7 bacıqardaş olmuşlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 və X1 Qabil Dəmir oğlu ilə eyniməzmunlu ifadələr vermişlər. İşdə olan X2 surətlərindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə və X7 isə xx.xx.2012-ci il tarixdə ölmüşdürlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə xx.xx.2003-cü il tarixdə ölmüş X6 ərizəçinin atası və xx.xx.2012-ci il tarixdə ölmüş X3 ərizəçinin bibisi olması, eyni zamanda X10 ilə X3 bacı-qardaş olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə ölmüş X6 Ərizəçi və xx.xx.2012-ci il tarixdə ölmüş X3 Ərizəçi bibisi olması, X10 ilə X3 bacı-qardaş olması faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar