Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-367/2022 13.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı evə köçürülmə tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı xx.xx.2004-cü il tarixdə doğulmuş X8, xx.xx.2005-ci il tarixdə doğulmuş Cavabdeh2 Namiq oğlu və xx.xx.2018-ci il tarixdə doğulmuş X17 ilə birlikdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən, Cavabdeh1 məxsus, ümumi sahəsi 120 kv.m olan 2 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, X2 cavabdeh kimi işə əlavə edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh2 Şahvələt oğlu ilə 2003-cü ildə qeyri-rəsmi ailə qurmuşdur, nikahlarını xx.xx.2016-cı ildə Gədəbəy rayon Kiçik Qaramurad kənd İƏD-üzrə nümayəndəlikdə bağlamışlar. 2003-cü il tarixdə mübahisəli Kiçik Qaramurad kəndində olan evə gəlin köçmüşdür. Həmin evdə xx.xx.2004-cü il tarixdə X8, xx.xx.2005-ci il tarixdə X15 və xx.xx.2018-ci il tarixdə X17 doğulmuşlar. Onlar bir müddət Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən fərdi yaşayış evində bir müddət yaşadıqdan sonra Bakı şəhərinə köçmüşlər və orada yaşasalar da hər il yay mövsümündə gəlib kənddə yaşamışlar. Eyni zamanda azyaşlı uşaqları həmin evdə qeydiyyatdadırlar. 2016-cı il tarixdə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuşdur. Azyaşlı uşaqlarım üçün aliment təyin edilmişdir. O, cavabdehlə Bakı şəhərində olan evə köçürülmə və həmin evə çəkilmiş xərcin 1/2 hissəsinin ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, lakin yuxarı instansiyaları həmin qətnaməni ləğv edərək, iddia tələbini təmin etməmişlər. Həmin ev və həyətyanı torpaq sahəsinə baldızı X2 adına çıxarış alınmışdır. Bu səbəbdən onun iddia tələbi təmin edilməmişdir. O, Sumqayıt Apellyasiya Məhkəməsinə və eləcə də Ali Məhkəməyə kassasiya şikayəti vermiş və Lakin ona gəlin köçdüyü evdən yaşayış hüququnun olması haqqında hüququ izah verilmişdir. Onun hazırda yaşamağa evi yoxdur. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi X9 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi və cavabdeh X6 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, tərəflər həqiqətən 2003-ci ildə ailə qurmuşdur. İddiaçı ona məxsus olan evə gəlin köçmüşdür. Nikahlarını 2016-cı ildə bağlamışlar. Birgə nikahlarından üç övladları doğulmuşdur. İddiaçı son vaxtlara qədər həmin evdə yaşamışdır. Lakin tez-tez aralarında ailə mübahisələri baş vermiş, iddiaçı 2016-cı il tarixdə evdən getmişdir. Mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Aralarında münasibətləri çox gərgindir. Əgər iddiaçı ona məxsus evə gəlin köçərsə mübahisələri daha da kəskinləşəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümüyəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək, bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 2003-cü il tarixdə ailə qurmuş, iddiaçı cavabdehə məxsus evə gəlin köçmüş, və 15-16 il ərzində həmin evdə yaşamışdır. Tərəflərin övladları da həmin evdə doğulmuşdur. İddiaçının yaşamağa başqa evi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X10 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1768/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X11 qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi təmin edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X11 qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan X4 surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il tarixdə X8, xx.xx.2005-ci il tarixdə Cavabdeh2 Namiq oğlu və xx.xx.2018-ci il tarixdə X17 doğulmuşlar. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən 171 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə X2 mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Cavabdeh2 ilə 2002-cü ildə ailə qurmuş, 2003-cü ildə nikah bağlamış və cehiz əmlakı ilə birlikdə hazırda cavabdeh X3 məxsus Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Beləliklə, iddiaçı 2002-ci ildə cavabdeh X13 ilə ailə qurmuş və ailə üzvi kimi, həmin vaxt Cavabdeh2 atasına və hazırda X3 məxsus evə köçmüşdür. Həmin vaxtdan, yəni, 20 ildən artıq bir müddət ərzində o, heç bir qeyd-şərt və etiraz olmadan həmin evdə yaşamış, cavabdehlə birlikdə evin saxlanmasında və təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Həmin evdə onun övladları doğulmuş və yaşamışlar. Bu müddət ərzində iddiaçının cavabdehlə ümumi təsərrüfat aparması mübahisələndirilmədiyi üçün, yaşayış evinin hüquqi statusu və mənsubiyyətindən asılı olmayaraq, onun evə və digər tikililərə istifadə hüququ yaranmışdır. Məhkəmə iddia tələbini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X8 azyaşlı olmadığı üçün iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Yəni, X8 yetkinlik yaşına çatmış, məhkəmədə və digər dövlət orqanlarında öz hüquqlarını müdafiə etmək imkanı əldə etmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş Cavabdeh2 Namiq oğlu və xx.xx.2018-ci il tarixdə doğulmuş X17 ilə birlikdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən, cavabdeh X3 məxsus, 171 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş Cavabdeh2 Namiq oğlu və xx.xx.2018-ci il tarixdə doğulmuş X17 ilə birlikdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən, cavabdeh X3 məxsus, 171 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2 və X1 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-367/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-367/2022
13.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver