Məhkəmə qərarları › İş №2(042)-368/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-368/2020

28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-368/2020 28.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi,Ərizəçi iştirakı ilə,Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə ** HT *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 minik markalı, buraxılış ili 1985, mühərrik 8024082, Ban nömrəsi XTA210600f1229175 olan avtomobilə onun mülkiyyət hüququnun tanınması tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, ** HT *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 minik markalı, buraxılış ili 1985, mühərrik 8024082, Ban nömrəsi XTA210600f1229175 olan avtomobili 2800 manat pul verməklə X5 xx.xx.2019-ci ildə etibarnamə əsasında almışdır. Həmin etibarnamə 3 ay 2 gün müddətinə verilmiş, xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. Lakin bu zaman ərzində həm hüquqi savadsızlığı, həm də digər işləri ilə əlaqədar həmin maşını öz mükiyyətinə keçirə bilməmişdir. Etibarnamənin müddəti bitdikdən sonra X7 Şəmkir Rayon Notariat Kontoruna aparsa da həmin avtomobil X3 mülkiyyətində olduğundan yenidən etibarnamə ala bilməmişdir. O, Gədəbəy Rayon Notariat Ofisinə müraciət edən zaman məlum olmuşdur ki, X6 ölmüş, vərəsələri isə təyin edilməmişdir. Hazırda o, həmin avtomobili mülkiyyətinə keçirə bilmir. Ona görə də ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinəəsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində Ərizəçi həmin avtomobili X5 2800 manata etibarnamə əsasında almışdır. Həmin vaxt aralarındakı razılaşmaya əsasən avtomobili Ərizəçi öz adına sənədləşdirməli idi. Lakin bundan sonra avtomobil sənədləşdirilməmişdir. Məhkəmə iclasında X1 Hikmət Rafiq oğlu ilə eyniməzmunlu ifadə vermişdir. İşdə olan X2 Şəhadətnaməsindən görünür ki, ** HT *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 minik markalı, buraxılış ili 1985, mühərrik 8024082, Ban nömrəsi XTA210600f1229175 olan avtomobilin mülkiyyətçisi X4r. İşdə olan Etibarnamənin surətindən görünür ki, ** HT *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 minik markalı, buraxılış ili 1985, mühərrik 8024082, Ban nömrəsi XTA210600f1229175 olan avtomobili X11 xx.xx.2019-cu il tarixdə Ərizəçi etibarnamə əsasında vermiş, etibarnamə üzrə verilmiş səlahiyyətləri isə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri yerinə yetirmək səlahiyyətləri verilmişdir. İşdə olan Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. X13 Məhkəməsinin “Önər Yıldız Türkiyəyə qarşı” xx xxxx 2002-ci il tarixli qərarının 139-cu bəndində Məhkəmə müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın hüquq kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 142-ci bəndinə əsasən isə ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Həmçinin həmin qərarda qeyd olunur ki, mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən, mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə,məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi ** HT *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 minik markalı, buraxılış ili 1985, mühərrik 8024082, Ban nömrəsi XTA210600f1229175 olan avtomobili 2800 manat pul verməklə X5 xx.xx.2019-ci ildə etibarnamə əsasında almışdır. Həmin etibarnamə 3 ay 2 gün müddətinə verilmiş, xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. Lakin bu müddət ərzində həmin avtomobil sənədləşdirilməmiş, ərizəçi etibarnamənin müddəti bitdikdən sonra avtomobili öz mülkiyyətinə keçirmək istəsə də, avtomobilin mülkiyyətçisi X6 öldüyü üçün onu mülkiyyətə keçirmək mümkün olmamışdır. Həmin avtomobilin mülkiyyətçisinin Ərizəçi olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi isə ona mülkiyyət hüququnun həyata keçirilməsi üçün vacibdir və ərizəçi həmin sənədləri başqa qaydada alması mümkün deyil. Ona görə də ərizə təmin edilməli, ** HT *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 minik markalı, buraxılış ili 1985, mühərrik 8024082, Ban nömrəsi XTA210600f1229175 olan avtomobilə Ərizəçi mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. ** HT *** dövlət qeydiyyat nişanlı, VAZ 2106 minik markalı, buraxılış ili 1985, mühərrik 8024082, Ban nömrəsi XTA210600f1229175 olan avtomobilə Ərizəçi mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar