Məhkəmə qərarları › İş №2(042)-369/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-369/2022

21.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-369/2022 21.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Mən, Gədəbəy rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu, iddiaçılar X1, İddiaçı1 və İddiaçı2 Zülfəli qızının Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələblərinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçılar X1, İddiaçı1 və İddiaçı2 Zülfəli qızının Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələblərinə tələblərinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı özünün və Cavabdeh şəxsiyyət vəsiqələrinin seriya nömrəsi, onların FİN kodu (eyniləşdirmə kodu) göstərilməmişdir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. İddia ərizəsində işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının düzgün və tam göstərilməsi iddia ərizəsinin ərazi aidiyyəti məsələsinin həlli zamanı, eləcə də, məhkəmə baxışının ən mühüm prinsiplərindən olan çəkişmə prinsipinin realizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir. Həmin Məcələnin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı özünün və cavabdehin şəxsiyyət vəsiqələrinin seriya nömrələri, onların FİN kodu (eyniləşdirmə kodu) göstərməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1, İddiaçı1 və İddiaçı2 Zülfəli qızının Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələblərinə tələbinə dair ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı X1, İddiaçı1 və İddiaçı2 Zülfəli qızının Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələblərinə tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı X2 geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar