Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-378/2021 10.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X2 oğlunun katibliyi ilə, Ərizəçi “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1969-cu il tarixdə anadan olmuş mərhum həyat yoldaşı X1 xx.xx.2021-ci il tarixdə ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, ərizəçi ərizənin giriş hissəsində tələbini X1 ölmüş elan edilməsi faktının müəyyən edilməsini kimi göstərsə də, ərizənin “xahiş edirəm” hissəsində X1 xx.xx.2021-ci il tarixdə ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını istəmişdir. Beləliklə, ərizəçi tələbini düzgün göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olur ki, şəxsin ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi o halda mümkündür ki, şəxsin ölüm haqqında şəhadətnaməsi təbii fəlakət və ya bədbəxt hadisə nəticəsində məhv olmuş olsun. Yəni şəxsin ölümünün qeydə alınmış, lakin naməlum səbəbdən və ya fövqəladə hallarla əlaqədar bu qeydi tapmaq mümkün olmur. Lakin ərizənin məzmunundan aydın olur ki, şəxsə ölüm haqqında şəhadətnamə ümumiyyətlə alınmamışdır. Belə olan halda ərizəçi məhkəməyə şəxsin ölüm faktının müəyyən edilməsi tələbi ilə müraciət etməlidir. Məhkəmə hesab edir ki, tələb konkret və aydın olmadığından ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-378/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-378/2021
10.03.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver