Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-38/2023 21.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona Azərbaycan Respublikası ƏMDK DƏDRXnin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar əsasında mülkiyyətində olan iki hissədən ibarət (0.1206 ha və 0.2547 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh məcburi şəkildə çıxarılması və həmin torpaq sahələrinə cavabdeh tərəfindən ediləcək hər cürə maneələrə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Gədəbəy rayon AİK-nın qərarı əsasında iki hissədə 0.1206 ha və 0.2547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair Gədəbəy rayon Notariat ofisində xx.xx.2020-ci il tarixdə adına vərəsəlik şəhadətnaməsi almışdir. Həmin şəhadətnamə əsasında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə hər iki torpaq sahəsinə dair çıxarışlar almışdır. Həmin torpaq sahələrini Cavabdeh özbaşına olaraq zəbt edərək istifadə edir. O, bu məsələnin dinc yolla həll edilməsi üçün Cavabdeh və aidiyyəti qurumlara dəfələrlə yazlı və şifahi müraciətlər etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh könüllü olaraq torpaq sahəsini boşaltmaq istəmir. Ona görə də, torpaq sahələrinin sərhədləri müəyyən edilməklə onların torpaq sahələrindən Cavabdeh məcburi şəkildə çıxarılmasını və qanunsuz maneələrə qadağa qoyulmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Zəhmət kəndində yaşayır. Gədəbəy rayon X5 tərəfindən ona torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ona məxsus torpaq sahəsidir və uzun müddətdir ki, həmin torpaq sahəsini əkib-becərir. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini tutmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 137 saylı arayışdan görünür ki, Yusifov X1 İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır və halhazırda Zəhmətkənd kəndində yaşayır. İşdə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36 reyestr nömrəli çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən 0.2547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********37 reyestr nömrəli çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən 0.1206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Rreyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı hqaqqmda daşınmaz əmlakın Dövlət reyestrinden verilmiş **********37 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən İddiaçı məxsus 0.1206 ha torpaq sahəsinin sərhədləri ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə verilniş , Gedebey rayonu, Zəhmətkənd kəndində yerləşən JN- 314M saylı “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.38 ha lənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinin sərhədləri qonşudur və İddiaçı məxsus 0,1206 ha torpaq sahəsinin 0.11 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 10/7882 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Rreyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı hqaqqmda daşınmaz əmlakın Dövlət reyestrinden verilmiş **********37 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən İddiaçı məxsus 0.1206 ha torpaq sahəsinin sərhədləri ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə verilniş , Gedebey rayonu, Zəhmətkənd kəndində yerləşən JN- 314M saylı “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.38 ha lənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinin sərhədləri qonşudur və İddiaçı məxsus 0.1206 ha torpaq sahəsinin 0.11 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Yusifov X3 rayonu, Zəhmətkənd kəndində yaşayır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36 reyestr nömrəli və **********37 reyestr nömrəli çıxarışlara əsasən, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən 0.2547 ha və 0.1206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, həmin ona məxsus olan torpaq sahələrinin cavabdeh tərəfindən istifadə edildiyini iddia etmiş və cavabdehin ona məxsus olan torpaq sahələrindən çıxarılmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahələrinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, mübahisələndirilən torpaq sahələrinin iddiaçının mülkiyyətində olduğu və həmin torpaq sahələrindən **********37 reyestr nömrəli çıxarışa əsasən, iddiaçıya məxsus olan 0.1206 ha torpaq sahəsinin 0.11 ha hissəsinin qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlər, mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə əsasən, **********37 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan 0.1206 ha torpaq sahəsinin 0.11 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Bu da onu göstərir ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Cavabdeh isə mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, **********36 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan 0.2547 ha torpaq sahəsinin isə Cavabdeh tərəfindən istifadə edilməsi (tutulması) işdə olan sübutlarla, eləcə də, ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmir. Ona görə də, iddia tələbi həmin torpaq sahəsinə aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********37 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan 0.1206 ha torpaq sahəsinin 11 ha hissəsindən cavabdehin məcburi çıxarılmasını və həmin torpaq sahəsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********37 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən 0.1206 ha torpaq sahəsinin 11 ha hissəsindən çıxarılmalı və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis rəyinin verilməsinə görə müəyyən edilmiş mütəxəssis xərcini ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc və ekspertiza xərcinin yarısı cavabdehə, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********37 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən 0.1206 ha torpaq sahəsinin 11 ha hissəsindən (tutduğu hissəsindən) çıxarılsın və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsinin və ödənilmiş 95 manat məbləğində mütəxəssis xərcinin 47.5 manat hissəsinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun və mütəxəssis xərcinin qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi Cavabdeh və qalan 50 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-38/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-38/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver