Məhkəmə qərarları › İş №2(042)-38/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-38/2024

08.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-38/2024 08.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş Gədəbəy rayonu, Alnabat kəndində yerləşən, JN-0070 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 2087.50 kv.m əkin torpaq sahəsindən Cavabdeh çıxarılması və ona məxsus torpaq sahəsinin ətrafına çəkdiyi metal tor hasarın Cavabdeh tərəfindən sökülməsi, həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq biçilməsi nəticəsində ona əldən çıxmış fayda olaraq dəymiş maddi ziyana görə 8000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Gədəbəy rayonu, Əli İsmayıl, indiki Alnabat kəndində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. O, torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 2087.50 kv.m hissəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi müraciət etmiş və onun müraciət əsasında 10 may 2023-cü il tarixdə sözügedən 2087.50 kv.m torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh 2087.50 kv.m torpaq sahəsini bütövlükdə qanunsuz olaraq tutmuş və torpaq sahəsinin ətrafına metal tor hasar çəkmişdir. O, cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, o buna məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Eyni zamanda 1998-ci ildə AİK-nın torpaq sahəsini ayırdığı vaxtdan indiyədək cavabdeh ona məxsus torpaq sahəsini əkib-becərmiş və ona maddi ziyan vurmuşdur.Cavabdeh ona məxsus əkin torpaq sahəsini hər il biçənək ot məhsulu yığır. Hazırda ona əldən çıxmış fayda 8000 manat təşkil edir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi X3 iddia tələbinə dair etiraz etmiş və izahat verərək bildirmişdir ki,iddiaçı onun həmkəndlisidir. İddiaçının tələb etdiyi torpaq sahəsi 1987-ci ildən cavabdehin sahibliyi və istifadəsindədir. Həmin torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş JN 0070 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İddiaçı və onun ailə üzvlərinə 1.02 ha torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin 0.1962 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.Cavabdeh çəkdirdiyi metal tor hasar İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 100 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Alnabat kəndində yerləşən torpaq sahəsinin 0.1962 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdehin qanunsuz istifadə etməklə əlaqədar iddiaçıya 8000 manat məbləğində ziyan vurması halının sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfindən məhkəməyə bu halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.1962 ha hissəsindən çıxarılmalı və cavabdehin torpaq sahəsinin ətrafına çəkdiyi tor hasar sökülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Hacıyev X2 Sabir Əsəd oğlu və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 0.1962 ha hissəsindən çıxarılsın. Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ətrafına çəkdiyi metal tor hasar sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat xərcin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar