Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-381/2022 28.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı X5 1941-1945-ci illərdə Böyük Müharibəsi zamanı 1942-ci ilin yanvar ayında itkin düşdüyündən onun ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, 25.07.1977-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X2, X4 olmuşdur. Onların Rasimdən başqa övladları olmamışdır. X3 1914-cii il tarixdə doğulmuşdur. O, Böyük Vətən müharibəsinə getmiş və 1942-ci ilin yanvar ayında itkin düşmüşdür. Hərbi əməliyyatlar 1945-ci ilin sentyabr ayında keçmiş SSRİ-nin qələbəsi ilə başa çatmışdır. Onun adı 1941-1945-ci illərdə X17 itkin düşən vətəndaşların 12 №-li qeydiyyatı kitabında qeyd edilmişdir. Bu hal Azərbaycan Respublikası SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin 10.10.2017-ci il tarixli. 1099 nömrəli məktubu ilə tam təsdiq olunur. X1 adına Gədəbəy şəhərində 100 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi olmuşdur. O, həmin evə gəlin köçmüşdür. Evdə o, əri Rasim İsmayılov və X4 yaşamışlar. Həmin mülkə həmişə X7 nəzarət etmiş, evə faktiki sahibliyi və istifadəni o həyata kemirmişdir. X4 20.11.1996-cı il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra da həmin mülkdə onlar ailə üzvləri ilə birlikdə yaşamışlar. X7 07.03.2005-ci il tarixdə vəfat etmişdir. Rasimin ölümündən sonra ondan miras qalmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı faktiki olaraq qəbul etmiş və miras əmlak üzərində faktiki sahiblik və istifadə hüquqlarımı həyata keçirməklə miras qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin evin faktiki mülkiyyətçisi olmuşdur. Hal-hazırda o, əri X6 miras qalmış əmlakı adıma sənədləşdirmək istəyir. Lakin X1 ölüm haqqında şəhadətnaməsi və X7nun doğum haqqında şəhadətnaməsi olmadığına görə, eləcə də oğlu X15 ilə aralarında mübahisə olduğu üçün Gədəbəy Notariat Ofisinin 14.12.2021-ci il tarixli, 792 nömrəli məktubu ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və aiddiyyəti üzrə məhkəməyə müraciət etməyim izah edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi Vəkil eyniməzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gədəbəy rayon sakini X5 adı Gədəbəy rayonu üzrə 1941-1945-ci illərdə X17 itgin düşən vətəndaşların 12 nömrəli qeydiyyat kitabının 35-ci səhifəsində sıra sayı 73-də qeyd edilmişdir. İşdə olan Arayışın surətindən görünür ki, X14 20.11.1996-cı il tarixdə ölmüşdür. İşdə olan Arayışın surətindən görünür ki, X11 07.03.2005-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatlarını, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 X9 1941-1945-ci illərdə Böyük Müharibəsi zamanı 1942-ci ilin yanvar ayında itkin düşmüşdür. Həmin vaxtdan hazırki tarixədək X9 yaxınları ilə əlaqə saxlamamışdır. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, X9 1941-1945-ci illərdə Böyük Müharibəsi zamanı 1942-ci ilin yanvar ayında itkin düşdüyündən ölmüş elan edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. X9 1941-1945-ci illərdə Böyük Müharibəsi zamanı 1942-ci ilin yanvar ayında itkin düşdüyündən ölmüş elan edilsin. X5 ölüm tarixi qətnamənin qanuni qüvvəsini aldığı gün hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-381/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-381/2022
28.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver