Məhkəmə qərarları › İş №2(042)-39/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-39/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-39/2024 14.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddiaçılara və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.88 ha pay torpaq sahəsindən cavabdehin çıxarılmasına, cavabdeh tərəfindən onlara vurulmuş maddi ziyanın və 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar