Məhkəmə qərarları › İş №2(042)-395/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-395/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-395/2020 18.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh nümayəndəsi vəkil X2 iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ЕТDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qarşı cavabdehdən kredit hesabına ödənilmiş 820 000 ABŞ dollarının, Mərkəzi Bankın təyin etdiyi uçot faiz dərəcələrinə əsasən əlavə olaraq, 268 550 ABŞ dollarının, üçüncü şəxsə ödəməli olduğu 952 155 80 ABŞ dollarının Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını və qərar çıxarılmasını xahiş etmiuşdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələblərinə müvafiq olaraq, işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. 2015-ci ildə cavabdeh ona müraciət edərək, biznesini artırmaq üçün pula ehtiyacının olduğunu bildirmiş, böyük məbləğdə kredit almaq üçün onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu,Hacı Murad küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasını xahiş etmişdir. O, cavabdehin krediti ödəyəcəyinə inandığı üçün evini ipotekaya qoymağa razı olmuşdur. xx xxxx 2015-ci il tarixdə cavabdehlə “xxxxxxxxx” arasında kredit müqaviləsi bağlanılmış və cavabdehə 1 700000 ABŞ dolları həcmində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı kimi isə onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, 27 ünvanında yerləşən ev 2 500 000 ABŞ dolları miqdarında qiymətləndirilmiş və ipotekaya qoyulmuşdur. Lakin krediti aldıqdan sonra, cavabdeh biznesdə zərərə məruz qaldığını bildirmiş və kredit öhdəliyini yerinə yetirməmişdir. Bununla belə cavabdeh bildirmişdir ki, mülkiyyətində olan daşınmaz obyektləri sataraq, borcu ödəyəcəkdir. Lakin cavabdeh nə mülkiyyətində olan obtyektləri satmış, nə də kredit öhdəliyini yerinə yetirmişdir. O, məcbur olub özü kredit borcunu ödəmək qərarına gəlmişdir. Bu məqsədlə dostu Xidaşeli Daviddən bir neçə dəfəyə 820 000 ABŞ dolları borc alaraq, kredit borcuna yönəltmişdir. Buna baxmayaraq, kredit borcunu tam ödəyə bilməmişdir.Ona görə də hazırda Xidaşeli Daviddən borc aldığı məbləği qaytarmalıdır. Bundan başqa, bank da məhkəməyə müraciət etmişdir və kredit öhdəliyi yerinə yetirilmədiyi üçün borc onun mülkiyyətində olan ipotekaya qoyulmuş əmlaka yönəldilmişdir. Cavabdeh bu hərəkətləri ilə ona maddi zərər də vurmuşdur. Bu zərər Mərkəzi Bankın təyin etdiyi uçot dərəcələrinə, yəni, 2017-ci ildə 15 faiz, 2018-ci ildə 9,75 faiz və 2019-cu ildə 8 faiz olması nəzərə alınmaqla, 2017-ci ildə 123000 ABŞ dolları, 2018-ci ildə 79950 ABŞ dolları, 2019-cu ildə 65600 ABŞ dolları miqdarında hesablanmalı və cavabdehdən alınaraq, ona verilməlidir. Ona görə də müvafiq maddi hüququ normalarının tələblərinin nəzərə alınması və iddia tələlərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq, cavabdehlə “xxxxxxxxx” ASC arasında xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə xx xxxx 2016-cı il tarixdə bağlanılmış Əlavənin də bağlanılmasını bildirərək, bu Əlavənin müqavilə üzrə krediti ödəmək öhdəliyinin məhz cavabdehin üzərinə düşməsini sübut edən hal kimi qiymətləndirilməsini və iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia ərizəsinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, xx xxxx 2015-ci il tarixdə həqiqətən cavabdehlə “xxxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanılmış və ona 1 700000 ABŞ dolları kredit verilmişdir. Kredit öhdəlinin təminatı kimi bankla iddiaçı arasında ipoteka müqaviləsi bağlanılmış və iddiaçının mülkiyyətində olan ev ipotekaya qoyulmuşdur. Lakin cavabdehin aldığı kredit əslində iddiaçının cavabdehin biznes tərəfdaşı olan X7 olan borcunun ödənilməsinə yönəldilmişdir. Yəni, iddiaçının atası X13 Məmmədova borcu yaranmış, həmin borcun ödənilməsi üçün onlar razılığa gəlmişlər ki, kredit vəziyyəti daha yaxşı olan Cavabdeh kredit alsın, lakin kredit borcunu Fəxrəddin Əliyev və İddiaçı ödəsinlər, kredit öhdəliyini təminatı kimi isə İddiaçı mülkiyyətində olan ev ipotekaya qoyulsun. Tərəflər bu barədə şifahi razılıq əldə etmiş və bundan sonra cavabdehlə “xxxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanılmış, 1 700000 ABŞ dolları alınmış, iddiaçı və onun atası Fəxrəddin X4 borcunun bir hissəsinin ödənilməsi üçün verilmişdir. İddiaçı və onun atası bir müddət kredit öhdəliyi üzrə ödənişləri etmişlər. İddiaçının atası xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı bundan sonra da bir müddət kredit öhdəliyi üzrə ödənişlər etmiş, lakin sonradan ödənişləri edə bilməmiş, bank borcun ödənilməsini təmin etmək üçün borcun ipoteka predmetinə yönəldilməsi haqqında məhkəməyə müraciət etmişdir. İddiaçı mülkiyyətində olan evin əlindən çıxacağını görüb, bu əsassız iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İddiaçının atası X13 Məmmədova borcunun olması, borcu ödəyə bilməməsi ilə əlaqədar Aqibət Məmmədov şikayət ərizəsilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmiş, ərizə ilə əlaqədar müvafiq araşdırılma aparılmış, cinayət işi başlanmış, lakin xx xxx 2020-ci il tarixdə cinayət X17 verilmişdir. Həmin qərarda bu mübahisə üzrə iddiaçının istinad etdiyi kredit borcunun tərəflər arasında əldə edilmiş şifahi razılaşmaya əsasən iddiaçı və onun atası tərəfindən ödəniləcəyini təsdiq edən bütün hallar müəyyən edilmiş və onlara hüquqi qiymət verilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin biznes fəaliyyəti ilə əlaqədar pula ehtiyacının yarandığını və bununla əlaqədar kredit almaq ehtiyacının yarandığını bildirmişdir. Halbuki, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, onun müxtəlif banklarda bu mübahisə üzrə iddiaçının istinad etdiyi kredit aldığı vaxtda həmin kredit məbləğindən daha artıq əmanətləri olmuş, onun pula ehtiyacı olmamışdır. Bundan başqa, cavabdehin həmin vaxtda mülkiyyətində kifayət qədər daşınmaz əmlak obyektləri olmuşdur və həmin kredit müqaviləsi üzrə öhdəliyi ödəməli olsaydı, təminat kimi, özünün mülkiyyətində olan əmlakı ipotekaya qoya bilərdi. Eyni zamanda, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının evi daha əvvəl özünün kredit öhdəliyinə görə ipotekaya qoyulmuş və evi ipotekadan çıxarıb, bu mübahisə üzrə cavabdeh tərəfindən alınmış kreditin ödənilməsinin təminatı kimi girov qoymaq üçün Aqibət Məmmədov iddiaçının atasına daha 400000 ABŞ dolları borc vermişdir. Bütün bu hallar, eyni zamanda cavabdehlə iddiaçı arasında olan sms yazışmaları, cavabdehin iddiaçını bankın onu narahat etməsini, kredit öhdəliyinin ödənilməsini tələb etməsini bildirməsi və ondan kredit öhdəliyini icra etməsini xahiş etməsi sübut edir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, bu kredit müqaviləsi üzrə öhdəliyi iddiaçı özü yerinə yetirməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan tərəflərin həqiqiliyini mübahisələndirmədiyi xx xxxx 2015-ci il tarixli 045/m saylı Kredit Müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxx” ASC tərəfindən Cavabdeh illik 15 faiz olmaqla 12 ay müddətinə 1 700 000 ABŞ dolları kredit verilmiş, borcun qaytarılması xx xxxx 2015-ci il tarixli 045/M saylı İpoteka Müqaviləsində göstərilən ipoteka predmeti ilə təmin olunmuşdur. İşdə olan tərəflərin həqiqiliyini mübahisələndirmədiyi xx xxxx 2015-ci il tarixli 045/M saylı İpoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov küçəsi, Hacı Murad küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi 2 500 000 ABŞ dolları miqdarında qiymətləndirilməklə borcalan Cavabdeh əsas öhdəliyinin təmini məqsədilə ipotekaya qoyulmuşdur. İşdə olan xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan müddətdə Cavabdeh məxsus 994 ********* və Fəxrəddin Əliyevə məxsus 90 ********** nömrələr arasında olan SMS danışıqlarından görünür ki, Cavabdeh Fəxrəddin Əliyevdən banka olan borcun ödənilməsini xajhiş edir. İşdə olan xx xxxxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixədək olan müddət ərzində Cavabdeh məxsus 994 ********* və İddiaçı məxsus 994 ********* nömrələr arasında olan SMS danışıqlarından görünür ki, Cavabdeh bankın onu incitdiyini bildirərək, ödəniş edilməsini xahiş edir, İddiaçı isə ödəniş etməyə çalışdığını bildirmişdir. İşdə olan xx xxxx 2014-cü il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı X3 iki il müddətində hər ay 33814 manat ödəmək şərtilə 811536 manat borc almışdır. İşdə olan xx xxxxxx 2014-cü il tarixli İpoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov küçəsi, Hacı Murad küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış xx xxxx 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə borcalan tərəfindən öhdəlyin təminatı kimi ipotekaya qoyulmuşdur. İşdə olan Arayışlardan görünür ki, xx xxxx 2015-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının X5 Fuad Qədir oğlunun depozit hesabında 200000 manat və 130000 ABŞ dolları, Azərbaycan Beynəlxalq Bankının Səbail Filialında 163 171 manat, “xxxxxxxxx” ASC-də 106 670 ABŞ dolları olmuşdur. İşdə olan Çıxarışların surətlərindən görünür ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonunda üç və yeddiotaqlı mənzillər, ticarət mərkəzi, torpaq sahəsi, qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonunda üçotaqlı mənzil, Bakı şəhəri Xətai rayonunda dördotaqlı mənzil, qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Abşeron rayonunda 1, 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan “xxxxxxxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, 2015-ci ildə Cavabdeh, İddiaçı və Fəxrəddin Əliyev kredit almaq üçün banka müraciət etmiş, yalnız Cavabdeh kredit verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan “xxxxxxxxx” ASC-nin xx xxxx 2016-cı il tarixli Məktubundan görünür ki, İddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipotekaya qoyulmuş əmlak kredit müqaviləsinin xx xxxx 2016-cı il tarixli Əlavəsinə əsasən yaranan öhdəliklərə təminat olaraq, İpoteka Müqaviləsinin xx xxxx 2016-cı il Əlavəsinə əsasən təkrar ipotekaya qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru X9 X17 Verilməsi barədə xx xxx 2020-ci il tarixli Qərarından görünür ki, həmin cinayət işi xx xxx 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanılmasma əsas və səbəb Cavabdeh və İddiaçı müraciətləri və həmin müraciətlər əsasında toplanmış materiallar olmuşdur. Toplanmış istintaq materialları ilə müəyyən edilmişdir ki, X8 adına "xxxxxxxxxx" ASC-dən qeyri-yaşayış sahəsinin təmiri məqsədilə xx xxxx 2015-ci il tarixli 045/M saylı kredit müqaviləsi ilə 1 700 000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kreditə görə təminat olaraq həmin tarixli ipoteka müqaviləsi ilə İddiaçı adma rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu Hacı Murad küçəsində yerləşən və 2 500 000 ABŞ dolları məbləğində qiymətləndirilmiş yaşayış evi "xxxxxxxxxx" ASC-yə girov qoyulmuşdur. Həmçinin istintaq materialları ilə müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 Respublikası ərazisində biznes fəaliyyətini həyata keçirən( bina tikintisi işləri) tanışı X10 ilə birgə həmin ölkə ərazisində birgə biznes fəaliyyəti qurmaq üçün sonuncuya 3 milyon ABŞ dolları məbləğində nəqd olaraq pul vermiş, sonradan isə Fəxrəddin Əliyevin onu aldatdığını başa düşüb verdiyi pulu qaytarmasını tələb etmişdir. Çoxsaylı tələblərindən sonra Fəxrəddin Əliyev ondan borc olaraq aldığı 3 milyon ABŞ dolları puldan 1,5 milyon ABŞ dolları pulu qaytarıb vermiş, qalan 1,5 milyon ABŞ dolları pulu isə sonradan qaytaracağını vəd etmişdir. Sonradan isə Fəxrəddin Əliyev Bakı şəhəri ərazisində fəaliyyət göstərən banklarla əlaqəsiolmadığını bildirib bankdan 1 200 000 ABŞ dolları kredit alması üçün ona kömək etməsini xahiş edib borclu olduğu 1,5 milyon ABŞ dolları pulu aldığı kredit hesabına, qalan 300 000 ABŞ dolları borcu isə sonradan qaytaracağını vəd etmişdir. Onun sözlərinə inanıb "xxxxxxxxxx" ASC-də olan tanışılarından müvafiq araşdırma aparılmaqla Fəxrəddin Əliyevə kredit verilməsini xahiş etmiş, bank əməkdaşlarının araşdırmasından sonra ona 1 200 000 ABŞ dolları kredit verilməsinin mümkünlüyü, lakin bunun üçün dəyəri yüksək olan girov əmlakın zəruri olması bildirilmişdir. Fəxrəddin Əliyev banka girov qoymaq üçün oğlu İddiaçı adına rəsmiləşdirdiyi həyət evinin olmasını, lakin həmin evin 400 000 ABŞ dolları borca görə girovda olmasını bildirmiş və həmin vəsaiti ödəyib evi girovluqdan çıxararaq "xxxxxxxxxx" ASC-dən kredit almaq üçün həmin banka girov qoymasından ötəri ona kömək etməsini xahiş etmiş, onun xahişinə görə 400 000 ABŞ dolları məbləğində pulu verib həmin banka olan borcunun ödənilməsini və evini girovluqdan çıxarmasını tapşırmış, bundan sonra sonuncunun oğlu İddiaçı adma olan evi "xxxxxxxxxx" ASC-yə girov qoyularaq həmin bankdan öz işçisi Cavabdeh adma 1 700 000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmiş, Fəxrəddin Əliyev həmin vəsaiti alıb ona olan borcunu, yəni 1 600 000 ABŞ dolları pulu qaytarmış, həmin puldan qalan 100 000 ABŞ dolları pulu isə özünə götürmüş, borclu olduğu 300 000 ABŞ dolları puln isə Türkiyə Respublikası ərazisində olan girov obyektlərin hesabına ödənilməsi barədə razılaşmışlar. Kredi müqaviləsi Fəxrəddin Əliyevin özünün və oğlu İddiaçı ölkə ərazində nadir hallarda olmasını bildirməsinə görə onun təklifi ilə bankla bağlı sənədləşmələrin vaxtında və operativ aparılması üçün öz işçisi Cavabdeh adına rəsmiləşdirilmişdir. Fəxrəddin Əliyev ilk vaxtlar kredit və onun faizlərini mütəmadi olaraq ödəmiş, 2016cı ildə vəfat etdikdən sonra, oğlu İddiaçı kreditləri mütəmadi olaraq ödəmiş, sonradan isə ödənişləri dayandırmış, dəfələrlə ondan tələblərinə baxmayaraq sonuncu krediti ödəməmişdir. Hal-hazırkı dövrə həmin kredit üzrə ödənilməmiş əsas borc üzrə qalıq 970.000 ABŞ dollarıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Fəxrəddin Əliyev xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı ifadəsində adına rəsmiləşdirilmiş qeyd edilən evi atası Fəxrəddin Əliyevin sözləri ilə banka girov qoymasını və sənədləri imzalamasını, vəsaitin konkret olaraq nə məqsədlə alınmasından məlumatı olmadığını, əvvəllər həmin krediti ödədəyini, hazırda isə maddi imkanı ilə bağlı vəsaiti ödəyə bilmədiyini göstərmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izаhаtlarını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbinin qanuni əsasları kimi Azərbaycan Respublikası MM-nin 1096.1, 1097.1 və 21-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan iddia tələbinin qanuni əsaslarının mövcudluğu üçün cavabdeh mülki hüquq pozuntusu törətməli və həmin pozuntu nəticəsində iddiaçıya maddi zərər vurulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçı ona maddi zərər vurulması və bunun məhz cavabdehin hüquqazidd hərəkətləri nəticəsində vurulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və iş üzrə təqdim edilmiş sənədlərlə, o cümlədən, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru X9 X17 Verilməsi barədə xx xxx 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh X14 ilə "xxxxxxxxx" ASC arasında xx xxxx 2015-ci il tarixdə 045/M saylı kredit müqaviləsi bağlanılmış və 1 700 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təminatı kimi, həmin tarixdə ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən və 2 500 000 ABŞ dolları məbləğində qiymətləndirilmiş yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 Respublikası ərazisində tanışı X10 ilə birgə biznes fəaliyyəti qurmaq üçün ona 3 000 000 ABŞ dolları borc vermiş, lakin sonradan Fəxrəddin Əliyevin onu aldatdığını görüb, verdiyi pulu qaytarmasını tələb etmişdir. Onun çoxsaylı tələblərindən sonra Fəxrəddin Əliyev borcundan 1 500 000 ABŞ dolları qaytarmış, Bakı şəhəri ərazisində fəaliyyət göstərən banklarla əlaqəsi olmadığına görə hər hansı bir bankdan 1 200 000 ABŞ dolları kredit alması üçün ona kömək etməsini, borcunun bir hissəsinin alacağı kredit hesabına, qalan 300 000 ABŞ dollarını isə sonradan qaytaracağını vəd etmişdir. Aqibət Məmmədov "xxxxxxxxx" ASC-nin əməkdaşlarından Fəxrəddin Əliyevə kredit verilməsinin mümkünlüyünün araşdırılmasını xahiş etmiş, bank əməkdaşları dəyəri yüksək olan əmlakın ipotekaya qoyulması şərtilə ona 1 200 000 ABŞ dolları müqdarında kredit verilməsinin mümkün olduğu bildirilmişdir. Fəxrəddin Əliyev oğlu İddiaçı adına rəsmiləşdirdiyi həyət evinin 400 000 ABŞ dolları kredit borcuna görə ipoteka yüklülüyündə olduğunu bildirmiş, həmin borcun ödənilməsində ona kömək etməsini xahiş etmiş, ev yüklülükdən azad edildikdən sonra isə "xxxxxxxxx" ASC-dən yeni kredit alınması və həmin kredit öhdəlyinin təminatı kimi evin ipotekaya qoyulmasının mümkün olmasını bildirmişdir. Aqibət Məmmədov tərəfindən iddiaçıya 400 000 ABŞ dolları verilmiş, onun banka olan borcu ödənilmiş və iddiaçının mülkiyyətində olan yaşayış evi ipotekadan çıxarılmışdır. Lakin iddiaçının maddi və kredit vəziyyəti ona böyük məbləğdə yeni kreditin verilməsi üçün tələb olunan şərtlərə uyğun olmamışdır. Ona görə də Aqibət Məmmədovun xahişi ilə onun işçisi olan cavabdeh, aralarında bağlanmış qanuna zidd olmayan şifahi razılaşmaya əsasən, "xxxxxxxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, 1 700 000 ABŞ dolları məbləğində kredit almış, bu vəsaitdən 1 600 000 ABŞ dolları iddiaçı və onun atası Fəxrəddin Əliyevin borcunun ödənilməsinə yönəldilmişdir. Fəxrəddin Əliyev borcunun qalan hissəsini Türkiyə Respublikası ərazisində olan obyektlərin hesabına ödəyəcəyini vəd etmişdir. O, cavabdehlə “xxxxxxxxx” ASC arasında bağlanılmış kredit müqaviləsi üzrə aylıq ödənişləri mütəmadi olaraq özü ödəmişdir. Lakin o, 2016-cı ildə vəfat etmişdir. Bundan sonra onun oğlu olan İddiaçı kredit ödənişlərini bir müddət ödəmiş, lakin sonradan ödənişləri dayandırmış, cavabdeh dəfələrlə ondan ödənişləri etməsini tələb etmiş, lakin kredit borcu ödənilməmişdir. İşdə olan tərəflər arasında kı, SMS yazışmalarından da görünür ki, iddiaçı cavabdehdən deyil, cavabdeh iddiaçıdan kredit müqaviləsi üzrə ödənişlərin edilməsini tələb etmiş, iddiaçı ödənişləri edəcəyini vəd etmişdir. İşdə olan digər sənədlərdən isə görünür ki, xx xxxx 2015-ci il tarixə, yəni, kredit və ipoteka müqavilələrinin bağlanılması tarixinə müxtəlif banklarda cavabdehin depozit hesabında cəmi, 363 171 manat və 236 670 ABŞ dolları olmuşdur. Bundan başqa, cavabdehin mülkiyyətində heç bir yüklülüyü olmayan Bakı şəhəri, Nərimanov rayonunda üç və yeddiotaqlı mənzillər, ticarət mərkəzi, torpaq sahəsi, qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonunda üçotaqlı mənzil, Bakı şəhəri Xətai rayonunda dördotaqlı mənzil, qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Abşeron rayonunda 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Cavabdehlə yaxın münasibətlərdə olduğunu bildirən iddiaçı onun maliyyə və maddi vəziyyətini, yəni, depozitində kifayət qədər pul vəsaitinin və mülkiyyətində ipotekaya qoyulması mümkün olan kifayət qədər daşınmaz əmlakın olduğunu da bilməli və kredit müqaviləsi üzrə alınmış borcun ödənilməsinin təminatı kimi öz mülkiyyətində olan daşınmaz əmlakın ipotekaya qoyulmasından imtina etməli idi. Bu halları təhqiq edərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və onun atasının böyük məbləğlərdə borcu yaranmış, borcverən bu borcun ödənilməsini tələb etmiş, iddiaçı borcu ödəmək üçün kredit almaq məcburiyyətində olmuş, lakin iddiaçının kredit borcları olduğu üçün ona kredit verilməsindən imtina edilmişdir. Ona görə də tərəflər arasında olan şifahi razılaşmaya əsasən, cavabdeh “xxxxxxxxx” ASC ilə kredit müqaviləsi bağlamış, kredit almış və bu məbləğ iddiaçının və onun atasının borcunun bir hissəsinin ödənilməsinə yönəldilmişdir. Yəni, kredit məbləğindən faktiki olaraq, cavabdeh deyil, iddiaçı faydalanmışdır. Ona görə də kredit müqaviləsi üzrə öhdəliyin ödənilməsinin təminatı kimi, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak ipotekaya qoyulmuşdur. İddiaçı tərəflər arasında olan razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün borcun ödənilməsi onun mülkiyyətində olan daşınmaz əmlaka yönəldirlmişdir. İddiaçı iddia ərizəsində cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və nəticədə ona maddi zərər dəydiyini bildirmiş və bu zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Lakin məhkəmə araşdırmaları nəticəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi öhdəliyinin tərəflər arasında bağlanılmış şifahi razılaşmaya əsasən məhz iddiaçı və onun atası Fəxrəddin Əliyevin üzərilərinə götürmələri, cavabdehin tərəflər arasına bağlanılmış şifahi razılaşmanın hər hansı bir şərtini pozması, onun təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya zərər vurması halları müəyyən edilməmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin ödənilməsinin cavabdehin üzərinə qoyulması, iddiaçının tələb etdiyi məbləğlərin cavabdehdən alınaraq, iddiaçıya verilməsi, iddiaçının tərəflər arasında şifahi olaraq bağlanmış bu razılaşma və kredit müqaviləsindən heç bir fayda əldə etməmiş cavabdehin hesabına əsassız varlanmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmədə müəyyən olunmuş hallardan görünür ki, iddiaçı, cavabdeh və X11 arasında faktiki razılaşma olmuş, həmin razılaşmaya görə iddiaçının A.İ.Məmmədova olan və hüquqi vərəsəlik üzrə yaranmış borcunun iddiaçı tərəfindən qaytarılması üçün sonuncuya məxsus fərdi yaşayış evini ipotekaya qoymaqla bankdan cavabdehin adına kredit götürülməli, həmin kredit məbləği borc əvəzi olaraq A.İ.Məmmədova ödənilməli, kredit üzrə öhdəliyi isə iddiaçı ödəməlidir. Həmin razılaşma üzrə öhdəlikləri tərəflər icra etmiş, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcu qismən ödəmiş, sonradan razılaşmanı pozaraq məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan iddiaçı, cavabdeh və A.İ.Məmmədov arasında olan razılaşma qanunazidd deyildir və MM-nin 390.1-ci maddəsinin tələbləri baxımından müqavilə azadlığı prinsipi nöqteyi nəzərincə əqd olaraq qəbul olunmalıdır. Əqdin icrası üzrə iddiaçının etdiyi hərəkətlər, yəni ona məxsus evin ipotekaya qoyulması, kredit üzrə öhdəliyin icrası üzrə hərəkətlər maddi zərər kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası “Məhkəmələr və Hakimlər haqqında” qanunun 100-cü maddəsinə əsasən Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ: İddiа tələbləri təmin edilməsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar