Məhkəmə qərarları › İş №2(042)-398/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-398/2024

18.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-398/2024 18.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.1082 ha torpaq sahəsindən və 0.02 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına, ödənilmiş dövlət rüsumunu əvəzinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, o, 2017ci ildə Cavabdeh xx.xx.2017-ci ildə ona məxsus olan, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.13 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Eləcə də Cavabdeh xx.xx.2017-ci ildə ona məxsus olan, Gədəbəy rayonu Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. 0.13 ha torpaq sahəsinə dair ona verilmiş çıxarışda 0.1082 ha qeyd edilmişdir. Həmin çıxarışın surətini və 0.02 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətini iddia iddia ərizəsinə əlavə etmişdir. Hər iki torpaq sahəsi 2017-ci ildən onun mülkiyyətində olsa da, cavabdeh ona satdığı torpaq sahələrini faktiki olaraq onun sahibliyinə və istifadəsinə verməkdən boyun qaçırmışdır. 2017-ci ildə bu günədək dəfələrlə cavabdehə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahələrini özünə təhvil verməsini tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymamış, qanunsuz olaraq ona məxsus torpaq sahələrini istifadə etmişdir. Beləliklə, cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və ona öz torpaq sahəsindən istifadə etməyə imkan vermir. Ona görə də o torpaq sahəsindən cavabdehin çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan X2 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********44 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2017-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan X2 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********38 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.1082 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Hər iki torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rereystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış **********38 reyestr nömrəli çıxarışlar əsasında İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsi və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.1082 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rereystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış **********38 reyestr nömrəli çıxarışlar əsasında İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsi və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.1082 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmədə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rereystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış **********38 reyestr nömrəli çıxarışlar əsasında Gədəbəy rayonu Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsi və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.1082 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəylərə əsasən, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsi və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.1082 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Göründüyü kimi, mübahisəli torpaq sahələrinin iddiaçının mülkiyyətində olduğu və həmin torpaq sahələri bütövlüklə Cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Eləcə də, cavabdeh mübahisəli torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rereystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış **********38 reyestr nömrəli çıxarışlar əsasında İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsindən və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.1082 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis xərci ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rereystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış **********38 reyestr nömrəli çıxarışlar əsasında İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Maarif kəndində yerləşən 0.02 ha torpaq sahəsindən və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.1082 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi cavabdehlər Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar