Məhkəmə qərarları › İş №2(042)-40/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-40/2024

20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-40/2024 20.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakları ilə iddiaçı X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olan Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, oğlu olan digər iddiaçı ilə birlikdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayırlar. Həmin kənddə ümumi birgə mülkiyyətlərində 0.06 ha torpaq sahəsi vardır. Mülkiyyət hüquqları 15 noyabr 2021-ci il tarixdə qeydiyyata alınmış, onlara müvafiq Çıxarış verilmiş və X3 və Ölçüsü sənədi tərtib olunmuşdur. Hazırda onlara məxsus torpaq sahəsini bütövlükdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq zəbt etmişlər. Onlara cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etmiç, lakin onlar imtina etmişlər. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh1 iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, O, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yaşayır. O və digər cavabdeh iddiaçılara məxsus torpaq sahəsni tutmamışlar. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı2 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə İddiaçı2 və Cavabdeh2 işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 15 noybar 2021-cü il tarixdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsinin 0.0498 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən torpaq sahəsinin 0.0498 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsinin 0.0498 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Hüseynov X1 Elmira İsa qızı və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsinin 0.0498 hektar hissəsindən çıxarılsın. Cavabdeh2 cəmi, 195 manat məhkəmə xərci alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar