Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-41/2025 17.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh və üçüncü şəxs kimi cəlb edilmiş Gədəbəy RİHB-nın nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqların onun himayəsində saxlanılması və aliment tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi, 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 2011-ci ildə nikah bağlamadan ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X7 doğulmuşlar.Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşaslar da, sonradan cavabdeh ona xəyanət etdyinə görə ayrılmışlar. Xəyanət hadisəsi ifşa oluduqdan sonra cavabdeh uşaların hər üçünü evdə qoyub xalasigilə getmişdir. O, uşaqları cavabdehin valideynlərinə vermək istəmiş, lakin onlar imtina etmişlər. Bundan sonra cavabdeh onun evdə olmadığı bir vaxtda evə gəlib uşaqları aparmaq istəmiş, Aytac və Aysun onunla getməkdən imtina etmiş, Amir azyaşlı olduğuna görə cavabdeh onu qucağında evdən aparmış və aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. Lakin Aytac və Aysun analarının yanında qalmaq istəməmiş, onun yanına gəlmişlər.Həmin vaxtdan uşaqlar onun himayəsində yaşayır və onunla yaşamaq istədiyini bildirirlər. O, bir ata kimi övladının təhsili, tərbiyəsi ilə məşğul olmaq istəyir. Övladları onun yanında daha yaxşı böyüyür və tərbiyə alır. Cavabdeh ayrıldıqları vaxtdan uşaqlarla görüşməmiş, görüşmək istədiyini bildirməmişdir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, X5 və X3 onun himayəsində qalmasını istəyir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş edir. Üçüncü şəxs Gədəbəy RİHB-nın nümayəndəsi X4 məhkəmə iclasında izahat verərərk, bildirmişdir ki, Gərdəbəy RİHB yanında Qəyyumluq və Himayə Komissiyası iş üzrə ataşdırma aparmış və azyaşlı uşaqlar 1o yaşına çatdıqları üçün onları fikri nəzərə alınaraq, atalarının himayəsində qalmasının məqsədəuyğunluğu barədə rəy vermişdir. Məhkəmə araşdırmasında o, bu rəyin düzgün olduğuna əmin olmuşdur və rəyi müdafiə edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında azyaşlı uşaqlar xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6 izahat verərək, ataları İddiaçı himayəsində yaşamaq istədiklərini bildirmişlər. İşdə olan X1 surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçının birgə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X7 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon İcra Hakimyyəti Başçısı yanında Qəyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 ataları İddiaçının himayəsində qalaması məqsədəuyğun hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazriliyi Məhkəmə Psixoloji Ekspertiza Mərkəzinin rəylərindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 ataları İddiaçı ilə bağlılığını nəzərə alaraq, birgə yaşamalarını uşaqlara müsbət təsir edəcəyi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər nikah bağlamadan 2011-cü ildə ailə qurmuşlar. Onların ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X7 doğulmuşlar. Uşaqlardan Aytac və Aysun hazırda faktiki olaraq, iddiaçının himayəsində, Amir isə cavabdehin himayəsində yaşayırlar. İddiaçının himayəsində yaşayan xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6 atalarının, yəni, iddiaçının himayəsində yaşamaq istədiklərini bildirmişlər. İş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Gədəbəy RİHB-nın yanında Qəyyumluq və Himayə Komissiyası da Aytac və Aysunun atalarının himayəsində yaşamalarını məqsədəuyğun hesab etmişdir. İş üzrə cavabdehin vəsatəti ilə məhkəmə psixoloji ekspertizası təyin edilmiş, ekspert uşaqların ataları İddiaçı ilə bağlılığını nəzərə alaraq, birgə yaşamalarının uşaqlara müsbət təsir edəcəyi barədə rəy vemişdir. Məhkəmə araşdırma nəticəsində belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, azyaşlı uşaqlar xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6 ataları İddiaçı himayəsində saxlanılmalıdır. Lakin məhkəmə nəzərə alır ki, tərəflərin ailə münasibətlərindən doğulmuş X7 hazırda cavabdehin himayəsindəir və iddiaçı cavabdehin gəlirlərinin olması barədə heç bir subut təqdim etməmidir. Yəni, iddia tələbləri aliment hissəsində təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6 ataları İddiaçı himayəsində saxlanılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-41/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-41/2025
17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver