Məhkəmə qərarları › İş №2(042)-410/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-410/2024

30.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-410/2024 30.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı əmək müqaviləsinə xitam veruilməsi tələbi haqqında iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı cavabdehlə 24 iyun 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X1 həvalə edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, iddiaçı məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə göndərilmiş məhkəmə bildirişi geri qayıtmış, üçüncü şəxs məhkəmə bildirişini almış, lakin nümayəndəsini məhkəmö iclasına göndərməmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05 aprel 2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmuş, 30 aprel 2020-ci il tarixə qədər bağlanılmışdır. Müqavilənin müddəti bitsə də, cavabdeh onunla işləməyə davam etmək istədiyini bildirmiş, aralarında 24 iyun 2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və iddiaçı sürücü vəzifəsində işləməkdə davam etmişdir. İkinci müqavilə də müddətli olmuşdur və 30 sentyabr 2020-ci il tarixdə müddəti bitmişdir. Müqavilənin vaxtı bitdikdən sonra iddiaçı işə çıxmamış, yeni iş tapmaq istəmişdir. Lakin hər yerdə onun sistemdə aktiv əmək müqaviləsinin mövcud olduğu bildirilmiş, onu işə götürməkdən imtina etmişlər. Buna görə də o, bir müddət işsiz qalmışdır. Hazrki vaxtadək də cavabdelə arasında olan əmək müqaviləsinə xitam verilməmişdir. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı kimi bildiyi ünvan 1etmişdir. Çünki onu işəgötürən Cavabdeh olsa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. Lakin ona həmin müəssisənin artıq burada fəaliyyət göstərmədiyini bildirmişlər. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ona ünvanlanmış məktubla onun xahişini təmin etməkdən imtina etmiş, məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Onun cavabdehlə aktiv əmək müqaviləsinin mövcudluğu onun hüquq və vəzifələrinin tam həyata keçirilməsinə məhdudiyyət yaradır.Ona görə də onunla Cavabdeh arasında 24 iyun 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Sosial Arayışdan görünür ki, 24 iyun 2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə qüvvədədir. İşdə olan Portaldan Çıxarşdan görünür ki, Vəliyev X2 rayonu, Arabaçı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ. bəndinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ. bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Maddənin İİİ.bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. Maddənin İV.bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında 24 iyun 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır. Tərəflər arasında olan əmək münasibətlərinə faktiki olaraq xitam verilmiş, lakin cavabdehin yeri müəyyən olmadığı üçün müqaviləyə xitam verilməsinin qanunda nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi mümkün olmamışdır. Bu isə iddiaçının qanunla müəyyən edilmiş əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 24 iyun 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X1 həvalə edilməlidir. İşə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 24 iyun 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X1 həvalə edilsin. 50 manat məhkəmə xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar