Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-412/2024 24.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X17, X10, X11 və X1rşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabehlər X17, X10, X11 və X1rşı Gədəbəy rayonunun Novoivanovka kənd sakini olmuş cavabdehlər X17, X7, X11 və X6 aid Gədəbəy rayonunun Novoivanov kəndində yerləşən 1957-ci il tarixdə inşa edilmiş 48 kvm fərdi yaşayış evinin və Gədəbəy Rayon AİK-nın xx.xx.1988-ci il tarixli 08N-1İ qərarı ilə X3 verilməsinə dair JN-066D, KOD 50500028 saylı Şəhadətnamə əsasında 0,25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3N-1qərarı əsasında AN-255566 və AN-255578 saylı X18 və Ölçü sənədi əsasında verilmiş ümumilikdə 1,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onunla cavabdehlər arasında xx.xx.1999-cu il tarixdə sadə razlaşma yolu ilə bağlanmış alqı-satqı müqviləsinin bağlanmış hesab edilməsinə tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, xx.xx.1999-cu il tarixdə Novoivanovka kənd sakini olmuş X12 1957-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 48 kvm fərdi yaşayış evini, Gədəbəy Rayon AİK-nın xx.xx.1988-ci il tarixli qərarı ilə Torpaq Sahəsinin Mülkiyyətə X2 əsasında 0,25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli qərarı ilə verilmiş ümumilikdə 1,83 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş torpaq sahəsini sadə razlaşma yolu ilə 15.000000 (on beş milyon) rubla almışdır. Onlar cavabdehlər ilə birlikdə qonşuların iştirakı ilə alğı-satqı barədə qonşuluq aktı tərtib etmişlər. O vaxtdan fərdi yaşayış evi, həyətyanı və pay torpaq sahələrinə o, sahiblik etmişdir. Gədəbəy rayonu Ermənistan Respublikası ilə həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsədüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan ruslar evlərini satıb Rusya Fedrasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Cavabdehlər də Rusiyanın Saratov şəhərində olan qohumlarının yanına getdiklərini, orada məskunlaşdıqdan sonra qayıdıb alğı-satqını sənədləşdirəcəklərini bildirmişlər. O, ailəsi ilə birlikdə 1999-cu ildən daimi olaraq həmin evdə yaşayır. O, cavabdehlərin yerini öyrənməyə çalışsa da, mümkün olmamışdır. O, evi və torpaq sahələrini cavabdehlərin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmləşdirə bilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arxiv Arayışından görünür ki, ailə üzvləri X13, X14 və X8, X19 ilə birlikdə ailə başçısı X20 adına Gədəbəy rayonu, Novoivanovka kəndində təsərrüfat qeydə alınmışdır. İşdə olan X16 və Ölçüsü səndəindən görünür ki, X15 mülkiyyətində olan 9200.04 kvm kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə əlaqədar tərtib edilmişdir. İşdə olan X16 və Ölçüsü səndəindən görünür ki, X15 mülkiyyətində olan 9099.93 kvm kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə əlaqədar tərtib edilmişdir. İşdə olan Torpağın Mülkiyyətə X2nin surətindən görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi X20, X13, X14 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan 28 sentyabr 1999-cu il tarixli Alqı-Satqı Aktından görünür ki, X17, X10, X11 və X9 Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 1957-ci il tarixdə inşa edilmiş evi, ümumi sahəsi 1.83 ha olan kənd təsərrüfatı təyinatlı torpaqları 15 000000 rubla İddiaçı satmışlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(042)- 201/2024 saylı Qərardından görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alğı-satqı əqdinin bağlanmış hesab edilməsi haqqında iddia ərizəsi iddiaçının ərizəsi ilə baxılmamış saxlanılmışdır. İşdə olan 13 yanvar 2004-cü il tarixlı Qonşuluq Aktından görünür ki, X17 və X10 Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən evi 15 000000 rubla İddiaçı satmışlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl eyni şəxslərə qarşı alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun ərizəsi ilə icraat baxılmamış saxlanılmışdır. Həmin iş üzrə təqdim edilmiş Qonşuluq Aktından görünür ki, cavabdehlərdən X20 və X13 13 yanvar 2004-cü il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən yaşayış evini 15 000 000 manata İddiaçı satmışlar. Hazırkı iş üzrə təqdim edilmiş 28 sentyabr 1999-cu il tarixli Alğı-satqı Aktından isə görünür ki, cavabdehlər X17, X10, X11 və X9 Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini , üzərində yerləşən 1957-ci il tarixdə inşa edilmiş evi və ümumi sahəsi 1.83 ha olan kənd təsərrüfatı təyinatlı torpaqları 15 000000 rubla İddiaçı satmışlar. Məhkəmə həmin sənədlərin tərtib edilmə vaxtı və məzmununda olan fərqləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia tələbinin əsasları kimi göstərilən hallar həqiqət deyildir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-412/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-412/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver