Məhkəmə qərarları › İş №2(042)-42/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-42/2023

15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-42/2023 15.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən ona məxsus olan 0.2366 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, O, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Özünə məxsus fərdi yaşayış evi vardır. Evinin yerləşdiyi ərazidə qanuni istifadəsində 0.2366 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi tərəfindən onun qanuni istifadəsinə verilmişdir. Hal-hazırda Cavabdeh onun qonşusu olmaqla qanuni istifadəsində olan 0.2366 ha torpaq sahəsinin təxminən 0.13 ha hissəsini qanunsuz olaraq tutmuşdur. O, dəfərlərlə buna etirazını bildirib, cavabdehdən onun torpaq sahəsindən çıxmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Hal-hazırda Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Ona görə də o torpaq sahəsindən Cavabdeh çıxarılmasını istəyir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. İddiaçıya məxsus torpaq sahəsini tutmamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona pay torpaq sahəsi verilmişdir. Hazırda o özünə məxsus həmin pay torpaq sahəsini istifadə edir. Ona qarşı qaldırılan iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 onunla eyni məzmunlu izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsinin yerquruluşu planından çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində İddiaçı qanuni istifadəsində 0.2366 ha torpaq sahəsi vardır. İşdə olan JN-472 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 0.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-385 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-386 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İlkin torpaq ayırma sənədi olan Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsi tərəfindən İddiaçı istifadəsinə verilmiş, Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilmiş 0.2366 ha torpaq sahəsi elektron uçot xəritəsində nəzərə alınmamışdır. Eləcə də, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli,09 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-472 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktı əsasında İddiaçı məxsus olan 0.50 ha torpaq sahəsinin hər hansı hissəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 01 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən, JN-385 KOD 50500038 saylı və JN -386 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair “Dövlət aktı əsasında Cavabdeh və ailə üzvlərinə məxsus olan 1.99 ha torpaq sahələri ilə üst-üstə düşmür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 09 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-472 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktı əsasında İddiaçı məxsus olan 0.50 ha torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli, 10/8785 nömrəli ekspert rəyindən görünür ki, İlkin torpaq ayırma sənədi olan Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsi tərəfindən İddiaçı istifadəsinə verilmiş, Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilmiş 0.2366 ha torpaq sahəsi elektron uçot xəritəsində nəzərə alınmamışdır. Eləcə də, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 09 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-472 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktı əsasında İddiaçı məxsus olan 0.50 ha torpaq sahəsinin hər hansı hissəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 01 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən, JN-385 KOD 50500038 saylı və JN -386 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair “Dövlət aktı əsasında Cavabdeh və ailə üzvlərinə məxsus olan 1.99 ha torpaq sahələri ilə üst-üstə düşmür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 09 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-472 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktı əsasında İddiaçı məxsus olan 0.50 ha torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Gədəbəy rayon Novosaratovka bələdiyyəsi tərəfindən İddiaçı qanuni istifadəsinə Gədəbəy rayonu, Novosaratovka kəndində 0.2366 ha torpaq sahəsi verilmişdir. İddiaçı onun istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulduğunu iddia etmiş və cavabdehin onun istifadəsində olan torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya qanuni istifadəsində olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi tərəfindən iddiaçının istifadəsinə verilmişdir. İşdə olan mütəxəssis və ekspert rəyi ilə müəyyən olunur ki, ilkin torpaq ayırma sənədi olan Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsi tərəfindən İddiaçı istifadəsinə verilmiş, Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilmiş 0.2366 ha torpaq sahəsi elektron uçot xəritəsində nəzərə alınmamışdır. Eləcə də, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 09 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-472 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktı əsasında İddiaçı məxsus olan 0.50 ha torpaq sahəsinin hər hansı hissəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 01 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən, JN-385 KOD 50500038 saylı və JN-386 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair “Dövlət aktı əsasında Cavabdeh və ailə üzvlərinə məxsus olan 1.99 ha torpaq sahələri ilə üst-üstə düşmür və İddiaçı məxsus torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçınin istifadəsində olan mübahisəli 0.2366 ha torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Eləcə də, mütəxəssis rəyinə əsasən, həmin torpaq sahəsi elektron uçot xəritəsində nəzərə alınmadığından mütəxəssis tərəfindən həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulub-tutulmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu və məhkəmə icraatı zamanı mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq müəyyən edilmiş 95 manat məbləğində pul vəsaiti ödənilmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 50 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu, ekspertiza tədqiqatının dəyəri və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və ödənilmiş 95 manat mütəxəssis xərci İddiaçı aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar