Məhkəmə qərarları › İş №2(042)-422/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-422/2022

27.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-422/2022 27.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, tikinti materiallarının cavabdehin hesabına götürülməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, **********29-10301 reyestr nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində ev tikintisi üçün aparılmış qazıntının cavabdehin hesabına doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinə tökdüyü tikinti materiallarının (daş, qum, sement, taxta və kubikin) cavabdeh tərəfindən götürülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak X5 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli, **********29-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evi, ümumi sahəsi 45.3 kv.m olan B literli fərdi yaşayış evi və fərdi yaşayış evlərinin yerləşdiyi 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Hər iki evin fərdi yaşayış evinin texniki pasportu vardır. Fərdi yaşayış evini 2009-cu il tarixdə mərhum dayısı X10 alğı-satqı yolu ilə almışdır. Cavabdeh dayısı oğlu olmaqla, digər dayısı, yəni Yusifin qardaşı Novruzun oğludur. Həmin əmlak onun mülkiyyətində olmasında baxmayaraq, cavabdeh 2009-cu ildən əvvəl, həm də ondan sonra A literli evdə yaşamışdır. Qohum olduqlarına görə onu evdən çıxarmamışdır. Lakin Cavabdeh hazırda ona məxsus olan torpaq sahəsində tikinti işləri aparmaq üçün qazıntı aparmış, əraziyə tikinti materialları tökmüşdür. O, tikinti işlərini dayandırılmasını tələb etsə də, cavabdeh tikinti işlərini davam etdirmişdir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bununla əlaqədar polis şöbəsinə şikayət olunmuş, şikayətlə bağlı araşdırma aparılmışdır. Ona görə də xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasını, həmin torpaq sahəsində ev tikintisi üçün aparılmış qazıntının cavabdehin hesabına doldurularaq, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini, torpaq sahəsinə tökdüyü tikinti materiallarının cavabdeh tərəfindən götürülməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 eyniməzmunlu izahat verərək, əlavə olaraq bildimişdir ki, sözügedən əmlaka dair mülkiyyət hüquqları iddiaçıya məxsusdur. Onun mülkiyyət hüququ müvafiq qaydada qeydiyyata alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qeydiyyat vəsiqəsinə münasibət bildirərək qeyd edir ki, həmin qeydiyyat vəsiqəsi, ümumiyyətlə, cavabdehin adına deyil. Cavabdeh həmin yerdə yaşamaqla və orada yeni tikinti işləri aparmaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Ona görə də iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi 0.25 ha torpaq sahəsinin 0.15 ha hissəsi onun qanuni sahibliyi və istifadəsindədir. Həmin torpaq sahəsi mərhum babası Əliş Məmmədova məxsus olmuş, o, özünə məxsus torpaq sahəsinin 0.15 ha hissəsini ona vermiş, Gədəbəy Rayon İcra Hakimiyyətinin 74 saylı Sərəncamı ilə ona həmin torpaq sahəsində yaşayış evi tikilməsinə icazə verilmişdir. O, həmin torpaq sahəsində tövlə və əl damı tikərək, oranı özünə yaşayış evinə çevirmişdir. Bundan başqa mərhum babası özünə məxsus evi qardaşı Ziyada vəsiyyət etmiş və həmin ev qardaşının mülkiyyətinə keçmiş, onun mülkiyyət hüququ qeydiyyata alımmış və ona qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmənin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə etdiyi sorğuya verilmiş cavabdan da görünür ki, eyni ünvanda yerləşən əmlaka dair həm iddiaçının, həm də Ziyad Məmmədovun mülkiyyət hüquqları qeydə alınmışdır. Qardaşı Ziyad vəfat etdikdən sonra ona məxsus əmlak övladı Rasim Məmmədova keçmiş, o, isə Rasim Məmmədovla razılıq əsasında yaşayış evlərini dəyişməklə hazırda həmin ünvanda yaşayır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Seriya MA ******* nömrəli Çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********29-10301 olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Texniki Pasportun surətindən görünür ki, reyestr nömrəsi **********29- 10301 olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. İşdə olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Gədəbəy rayonunun Qumlu kəndində yerləşən iki mənzilli, iki yaşayış otaqlı, ümumi sahəsi 86.3 kv.m, yaşayış sahəsi, 58.3 kv.m, köməkçi sahəsi 28 kv.m olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Gədəbəy şəhər XDS İcraiyyə Komitəsinin 567 saylı, 25 may 1992-ci il tarixli qərarı əsasında X7 adına qeydə alınmışdır. İşdə olan Vəsiyyətnamənin surətindən görünür ki, X14 mülkiyyətində olan Gədəbəy rayonunun Qumlu kəndində yerləşən fərdi yaşayış evini nəvəsi X8 vəsiyyət etmişdir. İşdə olan X6 surətindən görünür ki, X14 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İşdə olan Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 vəsiyyətnamə üzrə vərəsəsi X9r. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 1994-cü il tarixli Sərəncamın surətindən görünür ki, X11 məxsus 0.25 ha torpaq sahəsindən nəvəsi X2 0.15 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2-247/2007 saylı qətnaməsinin surətindən görünür ki, X3 X13 məxsus olan Gədəbəy rayonunun Quçlu kəndində yerləşən 0.25 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(104)344/2008 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 2-247/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan DƏDRX-nin 11 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin koordinatları ilə üstüstə düşüb düşməməsi barədə sorğuya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Sorğuya əlavə edilmiş qeydiyyat vəsiqəsi 1 nömrəli qeydiyyat kitabının 13-cü vərəqində 13 fevral 1998-ci il tarixli 65 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və qeyd olunan əmlak Gədəbəy Rayon Dövlət Notariat Kontorunun 29 aprel 1998-ci il tarixli K-2V-98-25 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. Qeydiyyat vəsiqəsində göstərilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları İddiaçı məxsus olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evinin və ümumi sahəsi 45.3 kv.m olan B literli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, tərəflərin izahatları və təqdim edilmiş sübutlarla, o cümlədən, Azərbaycan Respublikası Əmlak X5 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli, **********29-10301 reyestr nömrəli Çıxarışla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evi, ümumi sahəsi 45.3 kv.m olan B literli fərdi yaşayış evi və fərdi yaşayış evlərinin yerləşdiyi 0.25 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hər iki fərdi yaşayış evinin texniki pasportu vardır. Fərdi yaşayış evini iddiaçı 2009-cu il tarixdə mərhum dayısı X10 alğı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi və üzərində yerləşən əmlak Cavabdeh mərhum babası Əliş Məmmədova məxsus olmuş, o, özünə məxsus torpaq sahəsinin 0.15 ha hissəsini razılıq əsasında cavabdehə vermiş, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 1994-cü il tarixli 74 saylı Sərəncamı ilə cavabdehin sahibliyi və istifadəsinə keçmiş torpaq sahəsində cavabdehə yaşayış evi tikilməsinə icazə verilmiş və cavabdeh artıq uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Bundan başqa, mərhum Əliş Məmmədov özünə məxsus daşınmaz əmlakı nəvəsi Ziyad Məmmədova vəsiyyət etmiş və həmin əmlaka cavabdehin qardaşı Ziyad Məmmədovun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Ziyad Məmmədovun ölümündən sonra həmin əmlaka vərəsəlik hüquqları yaranmış, onun övladı Rasim Məmmədov cavabdehlə razılıq əsasında onun həmin evdə yaşamasına icazə vermişdir. Daşınmaz Əmlakın Reyestr Xidmətində edilmiş sorğuya verilmiş cavabdan görünür ki, eyni əmlaka iki şəxsin iddiaçı və cavabdehin qardaşı Ziyad Məmmədovun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bu anlaşılmazlıq da tərəflər arasında mübahisənin yaranmasına səbəb olmudur. Məhkəmənin qənaətinə görə bu anlaşılmazlıq və səhvin aradan qaldırlmadığı şəraitdə cavabdehin həmin əmlakdan məhrum edilməsi mümkün deyildir və onun hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə onu da nəzərə alır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdehin qanuni sahibliyi və istifadəsinə verilmiş və torpaq sahəsinin ayrılması haqqında Gədəbəy Rayon İcra Hakimiyyətinin 74 saylı Sərəncamı da ləğv edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar