Məhkəmə qərarları › İş №2(042)-434/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-434/2022

24.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-434/2022 24.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyətdə olan, ümumi sahəsi 46.8 kv.m olan fərdi yaşayış evindən və 0.18 ha torpaq sahəsindən müəyyən edilmiş 1/6 hissə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.8 kv.m olan fərdi yaşayış evi və 0.18 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/6 hissə İddiaçı, 5/6 hissə isə Cavabdeh payı müəyyən edilməklə paylı mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə adına qeydə alınmışdır. Eyni zamanda evin texniki pasportu tərtib edilmişdir. Hal-hazırda İddiaçı paylı mülkiyyətdən öz payının ayrılmasını istəyir. Bununla bağlı Cavabdeh ilə razılığa gələ bilmirlər. Ona görə də payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və sahəsi 46.80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə, 1/6 hissədə isə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4.0 kv.m sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrı-ayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq ümumi sahəsi 46.8 kv.m olan fərdi yaşayış evindən İddiaçı məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, ölçüsü 0.18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın ayrılmasının mümkün olduğu müəyyən edilir. Sxem rəyə əlavə edilmişdir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və sahəsi 46.80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə, 1/6 hissədə isə İddiaçı adına isə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı onlara məxsus payların naturada bölünməsini tələb edir. Məhkəmə iş üzrə xüsusi bilik tələb olunan sualları izah edilməsi zərurəti yarandığından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli ekspert rəyinə əsasən, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4.0 kv.m sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrı-ayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq ümumi sahəsi 46.8 kv.m olan fərdi yaşayış evindən İddiaçı məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, ölçüsü 0.18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən sahəsi 46.80 kv.m olan fərdi yaşayış evindən 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli ekspert rəyinə əsasən payların müəyyən edilməsi mümkün olmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilməli, ölçüsü 0.18 ha olan torpaq sahəsindən isə 1/6 hissədə iddiaçının payın müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsindən İddiaçı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün xərc 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsindən İddiaçı payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar