Məhkəmə qərarları › İş №2(042)-441/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-441/2022

20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-441/2022 20.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Gədəbəy Rayon İHB Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və uşaq tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin Cavabdeh alınaraq, ona verilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 Cavabdeh alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, cavabdehlə 2011-ci il tarixdə nikah bağlamadan ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X8, xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X11 doğulmuşlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Cavabdeh onu evdən qovmuşdur. O, cavabdehə məxsus evdən çıxarkən azyaşlı uşaqlardan yalnız xx.xx.2018-ci il tarixdə doğulmuş X11 onunla gəlmiş, digər azyaşlı uşaqları cavabdehin himayəsində qalmışdır. Cavabdeh təxminən 3 ildir ki, Rusiya Federasiyasına getmiş və azyaşlı uşaqları qohumlarının himayəsinə vermişdir. Bununla da azyaşlı uşaqlar valideyn himayəsindən məhrum olmuşlar. Himayəsində olan xx.xx.2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun maddi imkanları yoxdur. Cavabdeh isə ona maddi yardımlar etmir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər göndərilməsinə baxmayaraq, ona göndərilmiş bildirişlər cavabdehim hımin ünvanda olmaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında Gədəbəy Rayon İHB Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X7 izahat verərək, bildirmişdir ki, Qəyyumluq və Himayəçilik Orqanının üzvlərinin rəyi ilə xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 ana İddiaçı himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. O, bu rəyi müdafiə edir. İşdə olan X1 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2018-ci il tarixdə X11, xx.xx.2012-ci il tarixdə X8 və xx.xx.2014-cü il tarixdə X9 doğulmuşlar. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmiş Rəydən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 anası İddiaçı himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçını izahatını, işdə olan sənədləri və Qəyyumluq və X3 təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 76.1 və 76.1.2.-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşaq üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay hər uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məcəllənin 63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2011-cü il tarixdə ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2018-ci il tarixdə X11, xx.xx.2012-ci il tarixdə X8 və xx.xx.2014-cü il tarixdə X9 doğulmuşlar. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Azyaşlı uşaqlardan xx.xx.2018-ci il tarixdə doğulmuş X11 iddiaçının, digər azyaşlı uşaqlar xx.xx.2012-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 cavabdehin himayəsində qalmışdır. Cavabdeh hazırda Rusiya Federasiyasındadır və azyaşlı uşaqların yeri müəyyən deyil. Məhkəmə iddiaçının izahatını, Gədəbəy RİHB yanında fəaliyyət göstərən qəyyum və X3, azyaşlı uşaqların öz anasına olan təbii bağlılığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının himayəsində olan xx.xx.2018-ci il tarixdə doğulmuş digər azyaşlı uşağın saxlanılması xərclərini, cavabdehin Rusiya Federasiyasında olmasını, təxminən 3 ilə yaxın müddət ərzində azyaşlı uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etməməsini, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X10 təyin ediləcək alimentin miqdarı 193 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, xx.xx.2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat miqdarında aliment Cavabdeh alınaraq, İddiaçı verilməli, xx.xx.2012-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 Cavabdeh alınaraq, İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat miqdarında aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. xx.xx.2012-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 Cavabdeh alınaraq, İddiaçı verilsin. Ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulması 15 mart 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar