Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-448/2022 14.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsna qarşı mərhum anası X5 miras qalmış Gədəbəy rayonu, Qaraməmmədli kəndində “Spornu” adlanan ərazidə yerləşən kartof anbarından və həmin anbarın yerləşdiyi 0.40 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum anası X3 rayonu, Qaraməmmədli kənd sakini olmuşdur. Keçmiş Qaraməmmədli kənd YAİK-nin 26 oktyabr 1998-ci il tarixli qərarı ilə sabiq “Əzizbəyov” kolxozuna məxsus olmuş, 1968-ci ildən istifadə olunan, ilk balans dəyəri 4854 rubl olan, hazırda istifadəyə tam yararsız olan kartof anbarı 830034 manat dəyəri ilə Qaraməmmədli kənd sakini X1 onun mülkiyyətinə verilmişdir. Bina yerli qara daşla torpaq məhlulu ilə hörülmüş, üst örtük xırda şiferlə örtülmüşdür. Balkon dirəkləri və qara döşəmə adalanan konstruksiya tamamilə sökülmüş, ayna və qapılar yoxdur. Çatqı hissəsindən 12 metr enində tamam sökülmüş, qalmış şifer örtüyünün 70 faizi yararsızdır. Həmin kartof anbarı indiki Qaramməmdli kəndində “Spornu” adlanan ərazidə yerləşir. Kartof anbarının Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən texniki pasportu tərtib edilərək xx.xx.1998-ci il tarixdə təsdiq edilmişdir. Həmçinin, kartof anbarının yerləşdiyi 0.40 ha torpaq sahəsinin Gədəbəy rayonu Qaraməmmədli bələdiyyəsi tərəfindən X10ma satılması barədə xx.xx.2003-cii il tarixli, 11 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində X7 tərəfindən köhnə Azərbaycan manatı ilə 922476 manat haqq ödənilmişdir. Mərhum anası X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. Anasının ölümündən sonra ondan miras qalmış bütün əmlakı, o cümlədən Gədəbəy rayonu Qaraməmmədli kəndində “Spornu” adlanan ərazidə yerləşən kartof anbarını və həmin anbarın yerləşdiyi 0.40 ha torpaq sahəsini o, miras kimi qəbul etmişdir. O, anasından miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə Gədəbəy Rayon Notariat Ofisi tərəfindən ona xx.xx.2021-ci il tarixli. 394 nömrəli imtina məktubu verilmişdir. X2 qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Ona görə də, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxslərin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Keçmiş Qaraməmmədli kənd YAİK-nin 26 oktyabr 1998-ci il tarixli qərarı ilə sabiq “Əzizbəyov” kolxozuna məxsus olmuş, 1968-ci ildən istifadə olunan, ilk balans dəyəri 4854 rubl olan, hazırda istifadəyə tam yararsız olan kartof anbarı 830034 manat dəyəri ilə mərhum anası X1 onun mülkiyyətinə verilmişdir. Həmin kartof anbarı indiki Qaramməmdli kəndində “Spornu” adlanan ərazidə yerləşir. Kartof anbarının Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən texniki pasportu tərtib edilərək xx.xx.1998-ci il tarixdə təsdiq edilmişdir. Həmçinin, kartof anbarının yerləşdiyi 0.40 ha torpaq sahəsi Gədəbəy rayonu Qaraməmmədli bələdiyyəsi tərəfindən X10ma satılmışdır. O, ərizəçi tərəfindn mirasın qəbul edilməsinə etiraz etmir, öz miras payından imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X8 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan X23 görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan X25 Arayışdan görünür ki, X13 xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. Onun atası X9, anası X7 olmuşdur. İşdə olan Torpaq sahəsinin X16 görünür ki, X3 rayonu, Qaraməmmədli bələdiyyə ərazisindən 21 noyabr 2003-cü il tarixdə 0.40 ha torpaq sahəsi almışdır. İşdə olan Aktın surətindən görünür ki, 1968-ci ildən istifadə olunan, ilk balans dəyəri 4854 rubl olan, hazırda istifadəyə tam yararsız olan kartof anbarı 830034 manat (keçmiş Azərbaycan manatı) dəyəri ilə Qaraməmmədli kənd sakini X10ma satılaraq onun mülkiyyətinə verilmişdir. İşdə olan Texniki Passportun surətindən görünür ki, Gədəbəy Rayon K-T və Ərzaq İdarəsi tərəfindən Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisndə Spornu sahəsində yerləşən kartof anbarının layihəsi təsdiq edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, Ərizəçi mərhum anası X4 Qaraməmmədli kənd YAİK-nin 26 oktyabr 1998ci il tarixli qərarı ilə sabiq “Əzizbəyov” kolxozuna məxsus olmuş, 1968-ci ildən istifadə olunan, ilk balans dəyəri 4854 rubl olan, hazırda istifadəyə tam yararsız olan kartof anbarı 830034 manat dəyəri ilə almış və onun mülkiyyətinə verilmişdir. Həmin kartof anbarı indiki Qaramməmdli kəndində “Spornu” adlanan ərazidə yerləşir. Kartof anbarının Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən texniki pasportu tərtib edilərək xx.xx.1998-ci il tarixdə təsdiq edilmişdir. Həmçinin, kartof anbarının yerləşdiyi 0.40 ha torpaq sahəsinin Gədəbəy rayonu Qaraməmmədli bələdiyyəsi tərəfindən X10ma satılması barədə xx.xx.2003-cii il tarixli, 11 nömrəli qərar qəbul edilmiş, X7 tərəfindən köhnə Azərbaycan manatı ilə 922476 manat ödənilmişdir. Ərizəçinin anası X7 xx.xx.2021ci ildə vəfat etmişdir. Ərizəçinin torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun gözləntisi olmuş, yəni, həmin əmlak ərizəçinin anasının faktiki mülkiyyətində olmuş və onların ölümündən sonra həmin əmlak miras aktivinə daxil olmuşdur. Ona görə də ərizə təmin edilməli, X5 miras qalmış Gədəbəy rayonu, Qaraməmmədli kəndində “Spornu” adlanan ərazidə yerləşən kartof anbarından və həmin anbarın yerləşdiyi 0.40 ha torpaq sahəsindən ibarət əmlakın miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum anası X5 miras qalmış Gədəbəy rayonu, Qaraməmmədli kəndində “Spornu” adlanan ərazidə yerləşən kartof anbarından və həmin anbarın yerləşdiyi 0.40 ha torpaq sahəsindən ibarət əmlakı miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-448/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-448/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver