Məhkəmə qərarları › İş №2(042)-454/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-454/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-454/2025 13.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, Ərizəçi qıznın nümayəndəsi Süeleymanov Dzheıkunun iştirakı ilə Ərizəçi Maraqlı şəxsna qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsna qarşı xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində vəfat etmiş X2 onunla qohumluq münasibətində olması,yəni X2 onun bibisi olması və X1 miras qalmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən JN-042Dkod 50526018 və JN-042E Kod 50526018 saylı Torpağın Mülkiyyətə Verilməsi Dair Şəhadətnamələr əsasında verilmiş cəmi, 0.29 ha həyətyani torpaq sahəsində ibarət əmlakın miras kimi qəbul edilməsi faktlarının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi qıznın nümayəndəsi Süeleymanov Dzheıkun məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ərizəçi xx.xx.1951 -ci il tarixdə doğulmuşdur. Onun atası X17, anası X19 olmuşlar. X5 atasının bacısı olmaqla onun bibisidir. O, xx.xx.1970-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin ailədən beş övladı olmuşdur. Əvvəlki soyadı Bağırova olmuş, nikaha daxil olduqdan sonra Süleymanova soyadını qəbul etmişdir. X7 ərizəçinin qaynıdır. X8 bibisi X10 ilə xx.xx.1967ci il tarixdə nikaha daxil olub ailə qurmuşlar, nikahlarından sonra bibisi X9 Süleymanova soyadı verilmişdir. Ərizəçinin əri Müseyib Süleymanov xx.xx.2017-ci ildə, qaynı Müslüm Süleymanov xx.xx.2007-ci ildə, bibisi Validə Süleymanova isə xx.xx.2016-cı ildə ölmüşdür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001 -ci il tarixli 05 sayiı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində qardaşı X3 və onun həyat yoldaşı X2 ümumi birgə mülkiyyətinə ayrı-ayrı yerlərdə 0.12 ha və 0.17 ha olmaqla, ümumlikdə 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə müvafiq olaraq JN- 042D KOD 50526018 və JN - 042E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir. X8 2007-ci ildə vəfat etdikdən sonra onun arvadı X5 ərindən qalmış mirası faktiki və rəsmi olaraq qəbul etmiş, sözügedən torpaq sahəlrəində dair birinci növbə vərəsə olaraq qanunüzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.X8 və X2 uşaqları olmamışdır.Validə Süleymanova isə xx.xx.2016-cı ildə vəfat etdkdən sonra ondan qalmış mirası Validənin qardaşı qızı olduğu üçün ikinci növbə vərəsə olaraq, ərizəçi qəbul etmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakı qəbul etdiyini nümayiş etdirmişdir. Ərizəçi bibisndən miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Maraqlı şəxsna müraciət etmiş, lakin ona xx.xx.2025-ci il tarixli imtina məktubu verilərək, mirasın qəbulu üçün müddəti keçirdiyi üçün və X5 ilə qohunluq faktı müəyyən olunmadığı üçün vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması bildirilmişdir. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keriliməsini xahiş etmişdir Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Döğum haqqında Şəhadətnamənin surətindən görünürki,X11 xx xxxxxx 1951-ci ildə Gədəbay rayonu, Çalburun kəndində doğulmuşdur. İşdə olan X12 surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan X12 surətindən görünür ki, X5 xx.xx.2016-ci ildə ölmüşdür.. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı ərizəçi ərizədə göstərilən halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar