Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-462/2021 01.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh Hüseyn qızının iştirakları ilə, İddiaçı Cavabdeh Hüseyn qızına qarşı “ona məxsus torpaq sahəsinə cavabdeh tərəfindən edilə maneələrin aradan qaldırılması və əkin-səpin işlərinə qadağa qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Onun mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinə Cavabdeh Hüseyn qızı tərəfindən edilən manelərin aradan qaldırılması və (əkin səpin işlərinə) qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini onunla əsalandırmışdır ki, Cavabdeh Hüseyn qızı onun arvadı olmuşdur. Hal-hazırda iddiaçının mülkiyyətində olan evdə yaşayır. Cavabdeh Hüseyn qızı 2018-ci il tarixdə həyətyanı torpaq sahəsindən istifadə edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin mülki işə 16.07.2018-ci il tarixdə baxılaraq iddia rədd edilmişdir. İddiaçı evinə və həyətyanı torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən 16.10.2019-cu il tarixdə ********** saylı çıxarış almışdır. Çıxarış əsasında fərdi yaşayış evi xüsusi mülkiyyətə, həyətyanı torpaq sahəsi isə paylı mülkiyyətə verilmişdir. Lakin buna baxmayaraq Cavabdeh Hüseyn qızı onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına olaraq əkmişdir. O, cavabdehə həmin torpaq sahəsini əkməməsini bildirsə də o buna məhəl qoymamışdır. Hazırda cavabdeh onlara məxsus evdən və torpaq sahəsindən çıxmışdır. Hazırda Cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsinə hər hansı maneə yaradılmır. Lakin, o, 4 il müddətində cavabdeh tərəfindən ona dəymiş ziyanın ödənilməsini istəyir. Cavabdeh Hüseyn qızı məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, hazırda iddiaçıya məxsus evdən və torpaq sahəsindən çıxmışdır. Hazırda iddiaçıya məxsus torpaq sahəsini əkmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.04.2021-ci il tarixli, 112 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayon İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyində 01 nömrəli təsərrüfatbaşına kitabın 39-cu səhifəsində 35 nömrəli şəxsi hesaba əsasən, Gədəbəy rayon İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. Hal-hazırda Qoşabulaq kəndində yaşayır. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 16.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində tam mülkiyyətinə ilə ümumi sahəsi 160.5 kv.m olan fərdi yaşayış evi, İddiaçı, X2 və X4 birgə mülkiyyətinə 0.2488 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 16 iyul 2017-ci il tarixli, 2(042)-698/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Hüseyn qızının cavabdehlər İddiaçı X2 qarşı “torpaq sahəsindən istifadə hüququ tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr yaradılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 16.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində tam mülkiyyətinə ilə ümumi sahəsi 160.5 kv.m olan fərdi yaşayış evi, İddiaçı, X1 və X3 birgə mülkiyyətinə 0.2488 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsinə cavabdeh tərəfindən maneə yaradıldığını və cavabdeh tərəfindən əkin-səpin işlərinin apardığını iddia etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 hazırda cavabdehin onlara məxsus evdən və torpaq sahəsindən çıxdığını, cavabdeh tərəfindən hər hansı maneənin yaradılmadığını bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb üzrə tərəflər arasında mübahisə aradan qalxmışdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini istifadə etməsinə hər hansı maneə yaratması sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh Hüseyn qızına qarşı “ona məxsus torpaq sahəsinə cavabdeh tərəfindən edilə maneələrin aradan qaldırılması və əkin-səpin işlərinə qadağa qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq müəyyən edilmiş 311 manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-462/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-462/2021
01.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver