Məhkəmə qərarları › İş №2(042)-47/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-47/2025

07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-47/2025 07.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı payların naturada ayrılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayonu, Slavyanka kəndi, X4 küçəsi, giriş 14 ünvanında yerləşən, JN-724D saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında və qeydiyyat nömrəsi ********** HDQH DƏDR-dən Çıxarış əsasında ümumi paylı mülkiyyətə verilmiş 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsinin natura halında bölünməsi və paylarına düşən hissəsinin faktiki sahibliklərinə verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxış iclasında İddiaçı4 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh3 atası, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə bacısı uşaqlarıdırlar. JN-724D saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsi ümumi paylı mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, onlara bu barədə Çıxarış verilmişduir. Həmin torpaq sahəsi Gədəbəy rayonu, Slavyanka kəndi, X4 küçəsində yerləşir.Həmin Çıxarış üzrə payçı olan anaları X2 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.Cavabdehlərlə münasibətiləri pozulduğuna görə ümumi paylı mülkiyyətdə olan 0,12 ha torpaq sahəsindən istifadə etdə bilmirlər. Həmçinin paylarına düşən hissəyə ilə əlaqədar sərəncam verə bilmirlər. Həmin torpaq sahəsində paylarının natura halında bölünməsi tələbi ilə üçüncü şəxsə müraciət etmiş, lakin digər payçılar razı olmadıqlarına görə paylarının ayrılması mümkün olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında İddiaçı1 eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə digər iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6. və 185.5-ci maddələrinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 07 iyun 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndi X4 küçəsi, giriş 14 ünvanında 0.12 ha torpaq sahəsinə İddiaçı4, Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2,Cavabdeh1 və X1 ümumi birgə mülkiyyət hüquqlar qeydə alınmışdır. İşdə olan Qəbzdən görünür ki, iddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişlər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Dövlət reyestrindən verilmiş **********48 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasından razılaşamya əsasən İddiaçı1,İddiaçı2 və İddiaçı4 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür.Həmin torpaq sahəsininin şimal tərəfindən 0.0450 ha hissəsinin naturada bölgüsü İddiaçı1,İddiaçı2 və İddiaçı4 payına uyğundur. İşdə olan Azərbaycan Respublikasınıbn Ədliyyə Nazrirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, Dövlət reyestrindən verilmiş **********48 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında razılaşamya əsasən İddiaçı1,İddiaçı2 və İddiaçı4 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür.Həmin torpaq sahəsininin şimal tərəfindən 0.0450 ha hissəsinin naturada bölgüsü İddiaçı1,İddiaçı2 və İddiaçı4 payına uyğundur. İşdə olan sənədlərdən görünür ki, iddiaçılar 195 manat məhkəmə xərci çəkmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçılar İddiaçı4 və İddiaçı1 izahatlarını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndi X4 küçəsi, giriş 14 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı4, Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2,Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Hazırda iddiaçılar həmin əmlakda paylarının müəyyən edilməsini istəyirlər. Lakin iddiaçılardan üçünün, yəni, İddiaçı1, İddiaçı4, İddiaçı2 paylarının ayrılması mümkündür. Ona görə də iddia tələbi qismən təmin edilməli, İddiaçı1,İddiaçı2 və İddiaçı4 ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Slavyanka kəndi, X4 küçəsi, giriş 14 ünvanında yerləşən torpaq sahəsininin şimal tərəfindən 0.0450 ha hissəsi naturada ayrılsın. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən çəkilmiş 195 manat məhkəmə xərci cavabdehlərdən alınaraq, onlara verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı1,İddiaçı2 və İddiaçı4 Gədəbəy rayonu, Slavyanka kəndi, X4 küçəsi, giriş 14 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.12 ha həyətyanı torpaq sahəsinin şimal tərəfindən 0.0450 ha hissədə payları ayrılsın. Ödənilmiş 195 manat məhkəmə xərci Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq, İddiaçı1, İddiaçı4, İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar