Məhkəmə qərarları › İş №2(042)-470/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-470/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-470/2025 21.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Söyüdlü kəndində, yeni qaydalarla AZ2142 Gədəbəy rayonu, Söyüdlü kəndi, X32 küçəsi, giriş 17 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndi, X32 küçəsi, giriş 17 ünvanında yerləşən ev yerləşdiyi həyətyanı sahə ilə birlikdə ona məxsusdur. Onun mülkiyyətindədir. AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndi yeni qaydalarla AZ2142 Gədəbəy rayonu, Söyüdlü kəndi, X32 küçəsi, giriş 17 ünvanında yerləşən evdə ondan və X4ndan başqa qeydiyyatda olan yoxdur. Qardaşı X5 rayonu, Söyüdlü kəndində doğulub, boya-başa çatsa da 1990-cı ildə orta məktəbi bitirəndən sonra SSRİ-nin hərbi xidmətinə çağrılmış və hərbi xidməti Rusiyada olmuşdur. Hərbi xidmətdən sonra Rusiyada qalmış bu günədək də Rusiyada yaşayır. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Leninqrad vilayəti Sankt-Peterburq şəhər Polis İdarəsi tərəfindən verilən 40 23 485363 nömrəli Rusiya Federasiyasının pasportundan görünür ki, X6 Rusiya Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. X6 Cavabdeh ilə necə tanış olub, bir-birlərini necə istəmələri barədə nə onun, nə də anasının məlumatı olmamışdır. Vahid Həsənov 1994-cü ildə Rusiyadan gəlmiş və Cavabdeh qaçırdıb Rusiyaya aparmış və evlilikləri belə başlamışdır. X2 məxsus Rusiya vətəndaşının pasportunun ailə vəziyyətinə dair qeydiyyatından görünür ki, xx.xx.1995-ci ildə Rusiya Federasiyası Krasnoyarsk diyarı Norilsk şəhərində nikaha daxil olublar. Bir müddət Norilskdə, sonra da köçüb Sankt-Peterburq şəhərində yaşayıblar. X4 da onlarla birlikdə Rusiyada yaşamışdır. Kənddə iş yerinin olmaması səbəbindən o müəvəqqəti Bakıda kirayədə yaşayır. Üç övladı var. Gədəbəyin Söyüdlü kəndində yerləşən bu evindən başqa evi yoxdur. 2023-cü ilin 2-ci yarısında cavabdeh Rusiyadan gəlmişdir. Bakıda evinin olmasına baxmayaraq müvəqqəti kənddə yaşamaq istədiyini bildirmiş və o də etiraz etməmiş, evin açarlarını vermişdir. 2024-cü ildə anası da gəlmişdir. 2024-cü ilin 2-ci yarısında qardaşı Vahid Həsənov da gəlmişdir ki, həyat yoldaşı Cavabdeh aparsın. Aidə getməmiş, əri ilə getmədiyinə görə aralarında xoşagəlməz narazılıqları yaşanmış, Vahid də boşayacağını deyib qayıtmışdır. Vahid gedəndən sonra Cavabdeh anası ilə sərt davranmağa başlamış və anasını evdən çıxmağa vadar edib, evdən çıxartmışdır. Artıq iki ildir ki, Gəncədə kirayədə yaşayır. Cavabdehin Bakıda valideynlərindən ona qalan evi və Rusiyada əri ilə 30 il yaşadıqları evləri var. Cavabdeh gedib öz evlərindən birində yaşaya bilər.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh X6 ilə 1994-cü ildə ailə qurduqdan sonra ona məxsus olan, hazirki iş üzrə mübahisəli fərdi yaşayış evinə köçməmiş, həmin vaxt qardaşı X31 Rzayevanı da aparıb Rusiya Federasiyasında getmiş və orada yaşamışlar. Cavabdeh 2023-cü il tarixdən etibarən həmin fərdi yaşayış evində yaşamağa başlamışdır. Cavabdeh onun və anasının həmin evdə yaşamasına maneələr yaradır və onun mülkiyyət hüquqlarını pozur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı baldızıdır.İddiaçı ona qarşı “evdən çıxarılma tələbinə dair” iddia qaldırmışdır. İddiaçının iddiasını qəbul etmir. Belə ki, o, iddiaçının X6 ilə 1994-cü ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Ailə quran zaman el adəti ilə toyları olmuşdur. O, hazırda İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış fərdi yaşayış evinə gəlin köçmüşdür. O, həmin evə gəlin köçəndə qayınatası X12 idi. Vaqif Həsənov heç bir qeyd-şərt göstərmədən onu ailəyə qəbul etmişdir. Həmin vaxtdan o, həmin evdə yaşayır. Ona və uşaqlarına aid əşyalar bu gün həmin evdədir. Ərinin işi ilə bağlı olaraq, arada-sırada Rusiya Federasiyasına gedib-gəlmişlər. 2018-ci ildən fasiləsiz olaraq bu evdə yaşayır. Başqa yerdə yaşamağa evi yoxdur. İddiaçı özü də Rusiya vətəndaşıdır. Rusiyada yaşayır. Qayınatası Vahidin vəfatından sonra hazırda mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı adına keçmişdir. İddiaçı ərizəsində göstərir ki, guya o iddiaçıdan 2024-cü ildə müvəqqəti bu evdə yaşamaq üçün icazə almışdır. Əslində isə belə deyildir. O, bu evə həmişə öz evi kimi gəlib-getmişdir. Qeyd etdiyi kimi 2018-ci ildən isə fasiləsiz olaraq həmin evdə yaşayır. Bu barədə müvafiq sübutları vardır. O, uzun müddət bu evdə yaşadığı üçün artıq istifadə hüququ əldə etmişdir. Həmin fərdi yaşayış evinə faktiki sahiblik edir. O, mübahisə predmeti olan mənzildə 31 ildir ki, mübahisəsiz olaraq yaşayır. Həmin əmlakdan öz əmlakı kimi istifadə edir. Komunal xidmət haqlarını o ödəyir. Hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir.

5. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində qeyd edilənlərə oxşar izahat verdi və iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndi, X32 küçəsi, giriş 17 ünvanında yerləşən 137,70 kv.m fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - JN-868D KOD 50500048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə, X16 və X11 Gədəbəy rayonu, Söyüdlü kəndində 0,20 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdna görünür ki, İddiaçı Gədəbəy rayonu, Söyüdlü kəndi, X32 küçəsi, giriş 17 ünvanında qeydiyyatdadır. X1 da həmin evdə qeydiyyatdadır. - Gədəbəy RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 99 nömrəli və 12 mart 2025-ci il tarixli, 102 nömrəli arayışlardan görünür ki, Cavabdeh və X3 rayonu, Söyüdlü kəndi, X32 küçəsi, giriş 17 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yaşayır. - Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 124 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.1998ci ildə anadan olmuş X17 hər iki valideyn tərbiyəsindən uzun müddət kənarda qaldığına görə saxlanılıb tərbiyə edilməsi üçün nənəsi X9 qəyyumluğuna verilmişdir.

9. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda mübahisə predmeti olan Gədəbəy rayonu, Söyüdlü kəndi, X32 küçəsi, giriş 17 ünvanında yerləşən 137,70 kv.m fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X22 İddiaçı qardaşıdır. Cavabdeh ilə X22 1994-cü il tarixdə ailə qurmuşlar. Cavabdeh hazırda həmin fərdi yaşayış evində yaşayır.

10. Azərbaycan Respublikasının Konstitusiyasının; - 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir.

12. Azərbaycan Respublikasının Mülki Məcəllənin; - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

14. 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

15. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

17. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

18. Azərbaycan Respublikası Mülki Məcəllənin; - 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. Məhkəmə qeyd edir ki, hazır ki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı və X6nun ata mülkü olmuş, daha sonra fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh, 1994-cü il tarixdə X22 ilə ailə qurararaq hazırki mübahisəli fərdi yaşayış evinə köçdüyünü iddia edir. Həmçinin Cavabdeh hazırda Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla mübahisə predmeti olan, İddiaçı məxsus fərdi yaşayış evindən yaşayır.

20. Məhkəmə hesab edir ki, işin qeyd olunan halları İddiaçı məxsus olan fərdi yaşayış evinə Cavabdeh ailə münasibətlərindən irəli gələn istifadə hüququnun yaranması üçün əsasların olması ehtimallarını yaradır. Belə bir halda Cavabdeh qeyd edilən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması sonuncunun qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına gətirib çıxara bilər.

21. Məhkəmə qeyd edir ki, ilk öncə Cavabdeh qeyd edilən fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüququnun olub-olmaması məsələsi aydınlaşdırılmalı və daha sonra qanunvericliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilməlidir.

22. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi barədə” iddiası rədd edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə qət etdi:

İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar