Məhkəmə qərarları › İş №2(042)-472/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-472/2022

11.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-472/2022 11.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və X4 Meşələrin İnkişafı Departamenti Şəmkir X1rşı “əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və X4 Meşələrin İnkişafı Departamenti Şəmkir X1rşı “əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə hazırlıq iclası 11 may 2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və X4 Meşələrin İnkişafı Departamenti Şəmkir X1rşı “əmrin ləğvi və işə bərpa olunması” tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikasında yaradılmış, mediasiya şurasına müraciət etməlidir. Lakin İddiaçı məhkəməyədək olan prosedurlara riayət etməmişdir. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikasının qanunun 3.1.3-cü maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 59.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 21.9.1-ci maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və X4 Meşələrin İnkişafı Departamenti Şəmkir X1rşı “əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0, 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və X4 Meşələrin İnkişafı Departamenti Şəmkir X1rşı “əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar