Məhkəmə qərarları › İş №2(042)-481/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-481/2023

07.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-481/2023 07.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlu, Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin qaytarılması" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş məzmununa riayət etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tələbini aydın şəkildə göstərməmiş, eyni zamanda dövlət rüsum ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 15*.*.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, şərh olunanlara əsasən və MPM-nin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 1* (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar