Məhkəmə qərarları › İş №2(042)-487/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-487/2022

07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-487/2022 07.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 onunla qohumluq münasibətində olması, yəni, X2 onun atası X5 qardaşı olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, X6 onun əmisidir. X6 atasının böyük qardaşı olmuş və Gədəbəy rayonunun Ağamalı kəndində yaşamışdır. O, evlənsə də, övladı olmamışdır. X1 2006-cı il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində ölmüş, onun ölümündən sonra miras qalmış əmlakı qəbul etmək istəsə də, Gədəbəy Rayon Notariat Ofisi aralarında qohumluq münasibətləri müəyyən edilmədiyi üçün imtina etmişdir. Qohumluq faktının müəyyən edilməsi mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar zəruridir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1nə və Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, ərizəçinin yaxın qohumudur. X6 ərizəçinin əmisidir. X2 övladı olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 və X11 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 22.02.196-cı il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində doğulmuşdur. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrin surətlərindən görünür ki, X3 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15 saylı qərarı ilə torpaq sahələri verilmişdir. İşdə olan X13 görünür ki, X12 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunun Çanaqçı kəndində ölmüşdür. İşdə olan X9 görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunun Çanaqçı kəndində doğulmuşdur. İşdə olan X13 görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Gədəbəy rayonunun Çanaqçı kəndində ölmüşdür. İşdə olan X13 görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunun Çanaqçı kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş məktubdan görünür ki, X2 doğum qeydi aşkar edilmədiyindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırmaları ilə xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 ərizəçi ilə qohumluq münasibətində olması, yəni, X2 onun atası X5 qardaşı olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 ilə qohumluq münasibətində olması, yəni, X2 onun atası X5 qardaşı olması olması olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar