Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-490/2023 14.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum valideynlərinə Gədəbəy rayon AİK-nin xx.xx.1999-ci il tarixli, 03 saylı qərarı əsasında verilmiş 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmə ərizə verərək, Gədəbəy rayonunun Əyrivəng kəndində yerləşən mərhum atası X7 miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Gədəbəy rayon AİK-nın xx.xx.1999-cu il tarixli 03 saylı qərarı əsasında verilmiş 0.27 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X16 onun atası, mərhum X8 isə anası olmuşdur. Atası xx.xx.2005-ci ildə, anası isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun valideyinlərinə Gədəbəy rayon AİK-nın xx.xx.1999-cu il tarixli 03 saylı qərarı əsasında ümumilikdə 0.27 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Valideyinləri sağ olan vaxt həmin torpaq sahəsini o istifadə etmişdir. Eləcə də, həmin kənddə valideynlərinə məxsus 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində fərdi yaşayış evi olmuşdur. Valideyinləri vəfat etdikdən sonra qanunla müəyyən edilmiş 6 ay müddətində öz adına rəsimləşdirməli olduğu halda qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən gecikdirmişdir. Bununla bağlı o xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Notarat ofisinə müraciət etmiş, notarat kontoru tərəfindən ona 175 saylı imtina məktubu verilmişdir. Odur ki, mərhum atası Qoca Tağıyevdən miras qalmış 0.27 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin, 0.25 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin içərisində yerləşən fərdi yaşayış evinin miras kütləsinə daxil edərək onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və əlavə olaraq bildirdi ki, O, Gədəbəy rayonu, Əyrivəng kəndində yaşayır. Uşaq vaxtından atası və anası ilə birlikdə yaşamışdır. Hal-hazırdada valideynlərindən miras qalmış fərdi yaşayış evində yaşayır. Atası və anası vəfat etmişdir. Valideynlərini o dəfn etmiş və dəfn xərclərini çəkmişdir. Miras qalmış ev Gədəbəy rayonu, Əyrivəng kəndində yerləşir və iki mərtəbədən ibarətdir. Həmçinin valideynlərindən 0.25 ha həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi miras qalmışdır. Onun iki qardaşı və dörd bacısı vardır. Hazırda qardaş və bacıları ailə qurmuş və başqa ünvanlarda yaşayırlar. Bacıları Dursun və Səmayə Şəmkir rayonu, Kür qəsəbəsində, Tamara Gədəbəy rayonu, Daryurd kəndində, Minayə isə Gədəbəy rayonu, Arqıran kəndində, qardaşları Nofəl Gədəbəy rayonu, Arıqıran kəndində, Sübhan isə Gədəbəy rayonu, Əyrivəng kəndində yaşayır. Qardaşı Sübhan hazırki iş üzrə şahiddir. Qardaş və bacıları arasında miras mülklə bağlı heç bir mübahisə yoxdur. Hazırda miras qalmış fərdi yaşayış evi, həyətyanı və pay toraq sahələri onu istifadəsində və nəzarətindədir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçi atası X16 və anası X8 ilə bir evdə yaşamış, Q.Tağıyevə və B.Tağıyevaya ərizəçi baxmışdır. Ərizəçinin atası və anası vəfat etmişdir. Valideynlərindən qalmış fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və pay torpaq sahəsinin ərizəçi idarə edir. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, O, Gədəbəy rayonu, Əyrivəng kəndində yaşayır. Ərizəçi onun qardaşıdır. Ailədə 3 qardaş,4 bacı olmuşlar. Hazırda onların hər biri ayrı-ayrı təsərrüfatlarda yaşayırlar. Atalarının adı X16 , anasının adı X8 olmuşdur. Valideynləri vəfat etmişdir. Valideynlərindən qalmış Gədəbəy rayonu, Əyrivəng kəndində yerləşən fərdi yaşayış evində hazırda qardaşı, hazır ki iş üzrə Ərizəçi yaşayır. Valideynlərindən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi miras qalmışdır. Valideynlərindən qalmış miras mülki ərizəçi idarə edir. X2 məhkəmə iclasında şahidlər X15 və X11 ilə eyni məzmunlu ifadə verdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 491 nömrəli arayışdan görünür ki, Ərizəçi halhazırda Gədəbəy rayonu, Əyrivəng kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1970 il tarixdə anadan olmuşdur. Atası qrafasında X16, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X16 xx.xx.2005-ci il tarixdə, X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan JN-0069 KOD 50506028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X13 və X4 mülkiyyətinə Gədəbəy rayonu, Əyrivəng kəndində 0.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Arıqıran kənd X10 Əyrivəng kəndi üzrə 1991-1995-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, X13 və onun ailə üzvlərinin həmin təsərrüfatda adlarına 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 54 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan X21 kitabında xx.xx.2009-cu il tarixdə 15 nömrə ilə uçota alınmış AN 112012 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X13 mülkiyyətinə Gədəbəy rayonu, Əyrivəng kəndində 4161.43 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 175 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X7 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X16 və X8 ilə faktiki olaraq evlənib ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə yeddi övladı olmuşdur. JN-0069 KOD 50506028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X13 və X4 mülkiyyətinə Gədəbəy rayonu, Əyrivəng kəndində 0.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və X21 kitabında xx.xx.2009-cu il tarixdə 15 nömrə ilə uçota alınmış AN 112012 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X13 mülkiyyətinə Gədəbəy rayonu, Əyrivəng kəndində 4161.43 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə X13 və X4 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X14 və X6 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X13 və X4 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X13 və X4 Gədəbəy rayonu, Əyrivəng kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X13 və X4 mülkiyyəti kimi qiymətləndirilməlidir. X16 xx.xx.2005-ci il tarixdə, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra Gədəbəy rayonu, Əyrivəng kəndində fərdi yaşayış evi, 0.27 ha kənd təsərrüfatı təyinatlı və 4161.43 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri və fərdi yaşayış evi X7 və X3 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X7 və X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək digər uşaqları X13 və X4 ölümündən uzun müddət əvvəl başqa təsərrüfata köçmüş və hal-hazırda da başqa təsərrüaftlarda yaşayırlar. Bununla da məhkəmə onların miras əmlakı qəbul etməmələrini nəzərə alır və hesab edir ki, onlar atalarından qalmış miras əmlaka münasibətdə qanun üzrə vərəsə olmaq hüququnu itirmişlər. Ərizəçi valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X13 və X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu Əyrivəng kəndində yerləşən fərdi yaşayış evi, JN-0069 KOD 50506028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş 0.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və X21 kitabında xx.xx.2009-cu il tarixdə 15 nömrə ilə uçota alınmış AN 112012 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş 4161.43 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X13 və X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu Əyrivəng kəndində yerləşən fərdi yaşayış evi, JN-0069 KOD 50506028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş 0.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və X21 kitabında xx.xx.2009-cu il tarixdə 15 nömrə ilə uçota alınmış AN 112012 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş 4161.43 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-490/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-490/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver