Məhkəmə qərarları › İş №2(042)-494/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-494/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-494/2022 20.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmə iddia qaldıraraq, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəndə olan fərdi yaşayış evinə dair onunla Cavabdeh arasında 13 avqust 1993-cü il tarixli alqı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, 1964-cü il tarixdə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olmuş, hazırda Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayır. 13 avqust 1993-cü il tarixdə sabiq Novosaratovka kənd sakini Cavabdeh Trofımovnaya məxsus fərdi yaşayış evini sadə razılaşma yolu ilə (qonşuluq aktı əsasında) 20.000 rubla almışdır. Aldığı ev iki otaqlı, kirəmitlə örtülü taxta evdən ibarət olmuşdur. 1993-cü il tarixdən sözügedən fərdi yaşayış evində yaşamaqla həmin evdə abadlıq işləri aparmışdır. Həmin ev Cavabdeh adına olmuşdur. Lakin o və ailə üzvlərinin savadsızlığından irəli gələrək notariat kontoru tərəfindən alqı-satqı müqaviləsi bağlamamışdır. Sonralar Cavabdeh dəfələrlə həmin evi adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də, buna nail ola bilməmişdir. Eyni zamanda Cavabdeh rus milləti olduğu üçün evi ona satandan sonra çıxıb Rusiya Federasiyasının hansı şəhərinə getməsi barədə əlində heç bir rəsmi məlumatı yoxdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. İddiaçı onun qunşusudur. O, 1990-cı ildən Novosaratovka kəndində yaşayır. İddiaçı həmin evdə yaşayır. Lakin, o evin əvvəlki sahibini tanımır. Eləcə də, evin alqı-satqısında iştirak etməmişdir. X2 məhkəmə iclasında X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nin Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 127 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. İşdə olan Gədəbəy rayon İHB-nin Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 131 saylı arayışdan görünür ki, İddiaçı 17 iyul 1990-cı il tarixdən Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatdadır. Novosaratovka kəndinin mərhum sakini Cavabdeh məxsus olan fərdi yaşayış evində yaşayır və ona məxsus olan həyətyanı torpaq sahəsində istifadə edir. İşdə olan Novosaratovka kənd sakinləri X4, X11, X14, X6, X16, X15, evi satan Cavabdeh və ev alan İddiaçı iştirakları ilə tərtib olunmuş 13 avqust 1990-ci il tarixli aktdan görünür ki, Cavabdeh Novosaratovka kəndində özünə məxsus olan evini İddiaçı 20000 rubla satmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X12 verilmiş 26 noyabr 2020-ci il tarixli, arayışdan görünür k, X17 Filialında mühafizə olunan Gədəbəy rayonu, Novosaratovka kəndinin təsərrüfatbaşına kitabında 1960-1962-cı illərdə Cavabdeh adına 70 nömrəli qeyd edilmiş və şəxs ailədə tək qeydiyyatda olmuşdur. Torpaq qrafasında 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İşdə olan X19 istismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan İddiaçı abonent kodu **********05560 olmaqla Gədəbəy XS üzrə qeydiyyatdadır və təbii qazdan istifadəyə görə debitor borcu yoxdur. İşdə olan Azərişıq” ASC-nin “Qərb” RETSİ Gədəbəy EŞ tərəfindən vermiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Gədəbəy rayonu, Novosaratovka kənd sakini İddiaçı X5 abonent kodu **********00889 olan kodda qeydiyyatdadır, onun Gədəbəy Elektrik şəbəkəsinə xx.xx.2021-ci il tarixə kimi keç bir borcu yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşir. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin fərdi yaşayış evini aralarında alğı-satqı müqaviləsi olmasa da, Cavabdeh satın aldığını iddia etmişdir. İddiaçı bu barədə məhkəməyə 13 avqust 1990-cı il tarixli akt təqdim etmişdir ki, həmin aktda Cavabdeh Novosaratovka kəndində özünə məxsus olan evini İddiaçı 20000 rubla satdığı barədə qeyd aparılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli evin alqı-satqısı ilə bağlı məhkəməyə təqdim edilmiş akt 13 avqust 1990cı il tarixdə tərtib edildiyindən hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 228-ci maddəsində qeyd edilir ki, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür... Həmin Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqaviİə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Lakin iddiaçı mübahisə açdığı yaşayış evinin alqı-satqısını yuxarıda qeyd edilən qaydada həyata keçirməmişdir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin daha əvvəl Cavabdeh məxsus olması və ya qanuni istifadəsində olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, isə Cavabdeh həmin fərdi yaşayış evi üzrə sərəncam vermək hüququnu olub-olmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə həmçinin, qeyd etməyi zəruri sayır ki, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 336.1-ci maddəsinin tətbiqini istisna edir. Hazırki iş üzrə də bu hallardan ən azı biri – əqdin yazılı formada tərtib edilməsi mövcud deyil. Məhkəmə mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinin alğı-satqısına dair əqdin olmasına dair iddiaçının təqdim etdiyi akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt tərəflər arasında torpaq sahəsinin alğı-satqı müqaviləsinin faktiki mövcudluğunu təsdiq etmək üçün yetərli sübut deyildir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmamışdır. Belə olan halda onların həmin ev və torpaq sahəsi barədə sərəncam vermək səlahiyyətləri mövcud olmamışdır. Eləcə də İddiaçı həmin evə mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən sözügedən fərdi yaşayış evinə münasibətdə Cavabdeh ilə iddiaçının arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmək üçün subyektiv hüquqları yoxdur. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında fərdi yaşayış evinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair heç bir hüquqi əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar