Məhkəmə qərarları › İş №2(042)-495/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-495/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-495/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X26 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum əri X10 qalmış, Gədəbəy rayonunun Qumlu kəndində yerləşən ümumi sahəsi 100 kv.m olan yaşayış evindən və 0.25 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, mərhum X24 onun əridir. O, N.İsmayılovla rəsmi nikaha 24.10.1983-cü ildə daxil olmuşdur. Birgə nikahlarından onların altı övladları olmuşdur. O, mərhum N.İsmayılovla ailə qurduqdan sonra onun və mərhum valideynlərinin yaşadığı, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Övladları həmin evdə böyümüşdür. Sözügedən ev və onun yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsi N.İsmayılovun nənəsi mərhum X9 onun oğlu mərhum X20, ondan da X13na miras qalmışdır. Evin və torpaq sahəsinin X9 miras qalması Gədəbəy rayon Dövlət Arxivinin 07.04.2021-ci il tarixli, 23 nömrəli məktubu ilə öz təsdiqini tapır. Həmin məktuba əsasən, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Qumlu kənd XDS İK-nin 1960-1962-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında X11 adına 69 nömrəli şəxsi hesablı təsərrüfat qeyd olunmuş və həmin təsərrüfatda onun adına 0.25 ha torpaq sahəsi və 1918ci ildə inşa edilmiş ümumi sahəsi 100 kv.m olan mənzil qeyd edilmişdir. Həmin mülk X28 tərəfindən verilmiş 02.10.2003-cü il tarixli vəsiyyətnamə ilə oğlu X16 vəsiyyət edilmişdir. X28 12.04.2009-cu ildə vəfat etmişdir. Oruc İsmayılovun ölümündən sonra mərhum əri Nəriman həmin miras mülkü vəsiyyətnamə üzrə faktiki olaraq qəbul etmişdir. Nəriman həmin mülkə faktiki sahiblik etmiş, orada təsərrüfat aparmış və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X13 11.07.2019-cu ildə ölmüşdür. Onun həmin mirasa dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasına hər hansı maneə olmamışdır. Ona görə də hesab edir ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, sahəsi 100 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi X14 mülkiyyəti qəbul edilməklə ondan miras qalmış əmlak hesab edilməlidir. Həm Nərimanın sağlığında, həm də Nərimanın ölümündən sonra o həmin evdə yaşamışdır, hal-hazırda da yaşayır və torpaq sahəsini əkib-becərir. Övladları eləcə də Nəriman İsmayılovun bacısı X33 miras əmlakın onun adına rəsmiləşdirilməsinə heç bir etiraz etmir. X1 qalmış miras əmlakı qəbul etməmələri barədə notarial ərizə vermişlər. O, həmin əmlakı öz adına rəsmiləşdirmək üçün Maraqlı şəxsnə müraciət etsə də, oradan mənə bildirdilər ki, mərhum əri X10 qalmış fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair reyestrdən çıxarış aldıqdan sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. O, ərindən qalmış miras əmlakı adıma rəsmiləşdirilmək istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X33 14.11.1951-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Qeydiyyat yeri kimi Şəmkir şəhəri V.Xuluflu küçəsi qeyd edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 20.11.1954-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Qeydiyyat yeri kimi Gəncə şəhəri Miçurin küçəsi 197, ev 4, mənzil 132 qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 30 iyul 2019-cu il tarxili arayışın surətindən görünür ki, X24 ölən bir günə kimi Gədəbəy şəhərində yaşamışdır və 11.07.2019-cu il tarixdə vəfat etmişdir. X2 ata və anası da vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatında olan ailə üzvləri bunlardır; 1. arvadı Ərizəçi 1960; 2. X7 1983; 3. X4; 4. X8 1989; 5. X6 1991; 6. X12 1994; Ərizəçi mərhum X13 ilə bir yaşamış və birgə təsərrüfat aparmışlar. X24 vəfat etdikdən sonra da həmin təsərrüfatda yaşayır və idarə edir. X14 başqa övladının olub-olmaması barədə şəhər İƏD üzrə nümayəndəlidə məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 08 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Qumlu kəndində (indiki Gədəbəy şəhəri) yerləşən 2500.0 kv.m həyətyanı torpaq sahəsinə və üzərindəki 1 otaqlı, ümumi sahəsi 32.9 kv.m olan fərdi yaşayış evinə dair X11 adına 24.03.1988-ci il tarixli, 737 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Gədəbəy rayon dövlət notariat kontorunun 10.05.1988-ci il tarixli, K-D-1-145 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si əsasında qeyd edilən əmlak X18 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində adı çəkilən fərdi yaşayış evi qeydiyyatdan keçməmişdir. İşdə olan 02 oktyabr 2003-cü il tarixli notarial qaydada verilmiş vəsiyyətnamənin surətindən görünür ki, X5 rayonu, Qumlu kəndində yerləşən fərdi yaşayış evini X16 vəsiyyət etmişdir. İşdə olan X22, X12, X15, X19 və X23 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, onlar ataları X10 qalmış miras əmlakdan onlara çatası paydan anaları Ərizəçi xeyrinə imtina etmişlər. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Qumlu kənd XDS İK-nin 1960-1962-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında X11 adına 69 nömrəli şəxsi hesablı təsərrüfat qeyd olunub və həmin təsərrüfatda onun adına 0.25 ha torpaq sahəsi və 1918-ci ildə inşa edilmiş ümumi sahəsi 100 kv.m olan mənzil qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 12 aprel 2009cu il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 11 iyul 2019-cu il tarixdə ölmüşdür. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X10 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in)1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, mərhum X24 Ərizəçi əri olmuşdur. Ərizəçi N.İsmayılovla rəsmi nikaha 24.10.1983-cü ildə daxil olmuşdur. Birgə nikahlarından onların altı övladları olmuşdur. Ərizəçi mərhum N.İsmayılovla ailə qurduqdan sonra onun və mərhum valideynlərinin yaşadığı, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Övladları həmin evdə böyümüşdür. Sözügedən ev və onun yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsi N.İsmayılovun nənəsi mərhum X9 oğlu mərhum X20, ondan da X13na miras qalmışdır. X3 fərdi yaşayış evini X16 vəsiyyət etmişdir. Ərizəçi ərizəsində fərdi yaşayış evinin sahəsinin 100 kv.m olmasını qeyd etsə də ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubda həmin fərdi yaşayış evinin sahəsi 32.9 kv.m qeyd edilmişdir. Həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı X14 adına mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların X16 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32.9 kv.m olan fərdi yaşayış evinə dair X14 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, X2 Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32.9 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin torpaq sahəlX13nun mülkiyyəti kimi qiymətləndirilməlidir. X24 11.07.2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32.9 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri X10 qalmış miras kütləsinə daxil edilməlidir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X10 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, ərizəçi miras qoyanın birinci növbə vərəsəsidir. Digər birinci növbə vərəsələr isə notarial qaydada ərizə verərək X10 qalmış miras əmlakdan imtina etmişdir. Ərizəçi ərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X14 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32.9 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X14 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32.9 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar