Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-498/2023 04.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi vəkil X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 payların müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onların mülkiyyətində olan Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, İ.Aznaurov küçəsi, 54 saylı evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması və ləyaqətsiz vərəsə tanınması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələblərini dəqiqləşdirmiş paylı mülkiyyətdə olan payların müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümatyəndəsi Vəkil iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 onların övladı, Cavabdeh1 isə gəlinləridir. İddiaçılar və cavabdehlər eyni ünvanda, yəni, ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi iddiaçıar və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Lakin iddiaçılar həmin əmlakda paylarının müəyyən edilməsini istəyirlər. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 payların müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 eyniməzmunlu izahat vermişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, X3, X1 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, X3, X1 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Tərəflər həmin əmlakda paylarının müəyyən edilməsini istəyirlər. Ona görə də iddia tələbi təmin edilməli, mülkiyyətçilərin ümumi birgə mülkiyyətdə olan əmlaka 1/5 hissədə payları müəyyən edilməlidir. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı2, X3, X1 və Cavabdeh2 Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, İ.Aznaurov küçəsi, 54 saylı ev və evin yerləşdiyi torpaq sahəsinə 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-498/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-498/2023
04.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver