Məhkəmə qərarları › İş №2(042)-505/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-505/2021

26.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-505/2021 26.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ona məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehlərin çıxaraılması” tələbinə dair üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonunun Gərgər kəndində yerləşən, sahəsi 171.6 kv.m fərdi yaşayış evindən və 0.27 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2 (042)-505/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş 16.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Gər-gər kəndi ərazisində yerləşən ümumi sahəsi 171.6 kv.m olan fərdi yaşayış evi və 0.27 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir. Cavabdeh2 16 iyun 2021-ci il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə məhkəməyə ərizə vermiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 251-ci maddəsinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2 (042)-505/2021 saylı qərardadı ilə qiyabi məhkəmə qətnaməsi ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus olan, sahəsi 171.6 kv.m fərdi yaşayış evini və həmin çıxarışa əsasən birgə mülkiyyət hüququ üzrə X5, X6 və X2 məxsus olan 0.27 ha həyətyanı torpaq sahəsini onlardan 18000 manata almışdır. Bu barədə satıcılarla onun arasında daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmışdır. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı ondan qabaq X9, X10 və X4 ilə Cavabdeh1 arasında alğı-satqı olacağı barədə şifahi razılaşma olsa da, bu məqsədlə Cavabdeh1 X5 14150 manat pul versə də, alğı-satqı baş tutmamışdır. Buna görə də Cavabdeh1 məhkəmədə X5 qarşı 14150 manat pul tələbinə dair iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2 (042)-670/2020 saylı qətnaməsinə əsasən, X3 14150 manat məbləğində pul alınıb Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmiş, borclu X9 tələbkar Cavabdeh1 olan 14150 manatı Gədəbəy rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürmüş və icra sənədinə xitam verilmişdir. Cavabdeh1 Gədəbəy rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2 (042)-670/2020 saylı qətnaməsində olan izahatında bildirmişdir ki, “...Cavabdeh onun pulunu verəcəyi halda evdən çıxmağa və onu cavabdehə təhvil verməyə razıdır”. Lakin bu gün o satıcılar X9, X10 və X1 həmin fərdi yaşayış evini və torpaq sahəsini alsa da, hazırda cavabdeh qoyduğu şəxslər Cavabdeh1 və sonuncunun qızı Cavabdeh2 onun evindən və torpaq sahəsindən könüllü olaraq çıxmaq istəmirlər. Onlar icra sənədi üzrə borclu Tamam Verdiyeva tərəfindən ödənilmiş pulu qəbul etmir və evdən çıxmayacaqlarını bildirir. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onun sözügedən əmlaka dair mülkiyyət hüquqları kobud surətdə pozulur. Bundan başqa o hazırda mülkiyyətində olan həmin torpaq sahəsindən cavabdehlərin qanunsuzluqlarına görə istifadə edə bilmir, əksinə cavabdehlər onun torpaq sahəni əkib-becərərək gəlir əldə etməklə mənə maddi ziyan vururlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, sahəsi 171.6 kv.m fərdi yaşayış evindən və 0.27 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili X11 məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Cavabdeh2 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. 4 il bundan əvvəl X3 evi onlar almışdır. Lakin aralarında alqı-satqı olmamışdır. Ev sahibi onlara evin sənədinin olmasını bildirərək onları aldatmışdır. Ev sahibi daha sonra evi iddiaçıya satmışdır. O, həmin evi təmir etdirmişdir. Gədəbəy rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2 (042)-670/2020 saylı qətnaməsinə əsasən, X3 14150 manat məbləğində pul alınıb Cavabdeh1 verilməsi qət edilmişdir. Lakin onlar həmin pulu götürməmişdir. O, həmin evi təmir etdirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2(042)-670/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 14150 (on dörd min bir yüz əlli) manat məbləğində pul alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İşdə olan qəbzdən görünür ki, X9 "xxxx" ASC vasitəsi ilə “Gedebeyr icraqrupu” adlı “AZ54CTRE********************” nömrəli hesaba 14180 manat məbləğində pul ödəmişdir. İşdə olan AN-İ № ******* seriyalı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, X5 məxsus olan, sahəsi 171.6 kv.m fərdi yaşayış evini və X5, X6 və X2 məxsus olan 0.27 ha həyətyanı torpaq sahəsini onlardan 18000 manata almışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş 16.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışıdan görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Gədəbəy rayonu, Gər-gər kəndi ərazisində ümumi sahəsi 171.6 kv.m olan fərdi yaşayış evi və 0.27 ha torpaq sahəsi verilmişdir. Bu barədə 16.05.2021-ci il tarixdə, inventar nömrəsi 505-09-945 olan “Texniki pasport” tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı iddiaçıdan əvvəl X9, X10 və X4 ilə Cavabdeh1 arasında alğısatqı olacağı barədə şifahi razılaşma olsa da, bu məqsədlə Cavabdeh1 X5 14150 manat pul versə də, alğı- satqı baş tutmamış, buna görə də Cavabdeh1 məhkəmədə X5 qarşı 14150 manat pul tələbinə dair iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2 (042)-670/2020 saylı qətnaməsinə əsasən, X3 14150 manat məbləğində pul alınıb Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmiş, borclu X9 tələbkar Cavabdeh1 olan 14150 manatı Gədəbəy rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürmüş və icra sənədinə xitam verilmişdir. Bundan sonra iddiaçı Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş 16.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus olan, sahəsi 171.6 kv.m fərdi yaşayış evini və həmin çıxarışa əsasən birgə mülkiyyət hüququ üzrə X5, X6 və X2 məxsus olan 0.27 ha həyətyanı torpaq sahəsini onlardan 18000 manata almışdır. Bu barədə satıcılarla onun arasında daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmamışlar. Bu hal iddiaçının öz xüsusi mükiyyətində olan əmlaklardan istifadəsinə maneə yaradır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməsinin heç bir qanuni əsası yoxdur və iddiaçı cavabdehlərin həmin əmlaklardan çıxarılmasını tələb etməkdə haqlıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması və həmin fərdi yaşayış evinin və torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi tədqiq edilmiş hüquq müəyyənedici sənədlə və işə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş 16.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Gər-gər kəndi ərazisində yerləşən ümumi sahəsi 171.6 kv.m olan fərdi yaşayış evi və 0.27 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-241, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş 16.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Gər-gər kəndi ərazisində yerləşən ümumi sahəsi 171.6 kv.m olan fərdi yaşayış evi və 0.27 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar