Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-513/2020 14.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, x8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi x1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x9 iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x11 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun uşaqları ilə birlikdə 2011-ci ildən 2017-ci ilin may ayının 28-dək yaşadığı Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, x13 ilə 2011-ci ildə qeyri-rəsmi olaraq evlənmişdir. Toyları olan gün qayınatası, hazırda iş üzrə Cavabdeh məxsus Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 7 il həmin evdə gəlin olmuşdur. Övladları həmin evdə anadan olmuşdur. Ariflə aralarında olan ailə münaqişəsinə görə ayrılmışdır. Arif azyaşlı uşaqları ilə onu 2017-ci ilin may ayının 28-də evdən qovmuşdur. Buna görə də o, azyaşlı uşaqları ilə məcbur qalıb müvəqqəti olaraq anasının yanına sığınmışdır. Cavabdeh isə ona həmin evə köçüb yaşamasına imkan vermir. Hazırda onun və azyaşlı uşaqlarının daimi yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki, onun uşaqları ilə birlikdə həmin evdən istifadə hüququ var və onlar həmin evə köçürülməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi x4 məhkəmə iclasında cavabdehə qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, cavabdehin həyat yoldaşıdır. İddia tələbini qəbul etmir. İddiaçı onun keçmiş gəlini olmuşdur. Belə ki, iddiaçı onun oğlu Arif İsmayılovla 2011-ci ildə qeyri-rəsmi ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların iki uşaqları olmuşdur. İddiaçı ilə onun oğlu 2017-ci ilə kimi birgə yaşamışlar. 2017-ci ilin ilin may ayının 28-də iddiaçı ilə oğlu Arif İsmayılov arasında olan ailə münasibətlərinə xitam verilmişdir. O, iddiaçının evə köçürülməsi tələbi ilə razı deyildir. Onlarla iddiaçı arasında olan ailə münasibətləri tamamilə kəsilmişdir. Ailə münasibətlərinə xitam verildiyinə görə iddiaçının onun evinə köçüb yaşaması qeyri-qanunidir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x13 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı ilə onun ailə münasibətlərinə xitam verilmişdir. Hal-hazırda uşaqların saxlanması üçün iddiaçıya aliment ödəyir. Onun adına heç bir ev yoxdur. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin görünür ki, İddiaçı Gədəbəy rayonu, Xar-xar kəndində qeydiyyatdadır.. İşdə olan AZ-İİİ 288200 seriyalı və AZ-İİİ 439077 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, x10 28.02.2013cü il tarixdə, x5 16.10.2014-cü il tarixdə Şəmkir şəhərində doğulmuşlar, ataları qrafasında x13, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(042)- 1432/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş və cavabdeh x6 31 avqust 2017-ci il tarixdən başlayaraq 28 fevral 2013-cü il təvəllüdlü x3 və 16 oktyabr 2014-cü il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub İddiaçı verilməsi və cavabdeh x6 20 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürlüməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş Gədəbəy rayonu, kiçik Qaramurad kənd sakini Cavabdeh barəsində təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Cavabdeh adına təsərrüfat açılmış və həmin təsərrüfatda onun adına 0.25 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 48 kv.m olan yaşayış evi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında iddiaçının cavabdehin etibarnamə üzrə nümayəndəsi x1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x9 izahatları, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evdir. Buna baxmayaraq fərdi yaşayış evinin Cavabdeh məxsus olması mübahisələndirilmir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, x13 ilə İddiaçı 2011ci qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 28 fevral 2013-cü il təvəllüdlü x10 və 16 oktyabr 2014-cü il təvəllüdlü x5 adında iki uşaqları olmuşdur. İddiaçı 2011-ci ildə mübahisəli fərdi yaşayış evinə köçmüş, evə köçməsi zamanı evin sahibi ilə onun arasında heç bir qeyd-şərt göstərilməmişdir. İddiaçı və x13 2017-ci ilə kimi birgə yaşamışlar. Həmin tarixdə ayrılmışlar. Məhkəmə qeyd edir ki, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x13 arasında nikah olmadığından onlar arasında rəsmi ailə münasibətləri yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə bir iddia tələbi əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüquq analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsininkirayəçi və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququnun yaranması üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və 68-ci maddələrində göstərilən hüquqi əsaslardan biri mövcud olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd olunan hüquq normalarını iddiaçının hazırkı iddia tələbinə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x13, eləcə də cavabdeh arasında rəsmi ailə münasibətləri mövcud olmamış, ona görə də Mənzil Məcəlləsinin göstərilən norması üzrə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan hüquq normasının dispozitiv şərtlərinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının bu hüquqi əsas üzrə də mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında sosial kirayə müqaviləsi olmalıdır. Lakin məhkəmə iclasında iddiaçı belə bir müqavilənin olmasına dair də sənəd təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmadığından onun həmin evə köçürülmə tələbinə dair iddiası əsassızdır və təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307- 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x11 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-513/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-513/2020
14.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver