Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-517/2021 26.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Ş.Tağıyev adına 2 saylı Miskinli kənd tam orta məktəbinin direktoru X1 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Ərazi Hesablama Mərkəzinə qarşı “analıq məzuniyyət pulunun cavabdehlər tərəfindən gecikdirilməsi səbəbindən hər gecikdirilən gün üçün 1% olmaqla əlavə olaraq ödəncin verilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh2 Ş.Tağıyev adına 2 saylı Miskinli kənd tam orta məktəbinin direktoru X1 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Ərazi Hesablama Mərkəzinə qarşı “analıq məzuniyyət pulunun cavabdehlər tərəfindən gecikdirilməsi səbəbindən hər gecikdirilən gün üçün 1% olmaqla əlavə olaraq ödəncin verilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsini imzalamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsi imzalanmadıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh2 Ş.Tağıyev adına 2 saylı Miskinli kənd tam orta məktəbinin direktoru X1 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Ərazi Hesablama Mərkəzinə qarşı “analıq məzuniyyət pulunun cavabdehlər tərəfindən gecikdirilməsi səbəbindən hər gecikdirilən gün üçün 1% olmaqla əlavə olaraq ödəncin verilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-517/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-517/2021
26.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver